Taleh Yüzbəyov bir reklam çəkmişdi, qoz-fındıq alıb təcili Ukraynaya uçurdu-qaçırdı...

Taleh Yüzbəyov bir reklam çəkmişdi, qoz-fındıq alıb təcili Ukraynaya uçurdu-qaçırdı...
16.07.2026 12:32 Cəmiyyət

"Taleh Yüzbəyov bir reklam çəkmişdi, qoz-fındıq alıb təcili Ukraynaya uçurdu-qaçırdı. Bu qədər səviyyəsiz altməna heç kimi narahat etməmişdi. Ancaq iki qanmaz ərəb turist bir video çəkmişdi deyə, bunu özümüzə həqarət sayıb onları həbs etmişdik. Talehin Ukrayna haqqında çəkdiyi reklamın oxşarını bəlkə də ərəblər çəkmişdilər. Ukrayna xalqı isə artıq beş ildir ki, Sauronun Mordoruna qarşı böyük itkilər verərək döyüşür".

TodayPress TV xəbər verir ki, bunu fizik Yalçın İslamzadə son vaxtlar gündəmi zəbt edən aktyor Taleh Yüzbəyovun çəkildiyi  reklam videoçarxına cəmiyyətin reaksiyası ilə bağlı danışarkən deyib.


"Elza Seyidcahan Cəfər Cabbarlının "Mənim Tanrım" şeirinə mahnı bəstələmiş və ifa etmişdi, keyfiyyətli əsər alınmışdı. Başqa mənalı mahnıları da var idi, məsələn, "Bu gecə". Sonra deyəsən anladı ki, gözəllikdən və ya tənha qadının problemlərindən danışmaqla bu cəmiyyətdə məşhurlaşmaq olmur. Başında leylək yuvası, gül buketi, toyuq damı və s. yığdırıb efirə çıxmağa başladı. Bir anda gündəm oldu

Kompleksli insanların çox olduğu cəmiyyətimizdə insanlar lağ etməyə bəhanə axtarırlar, hiss etdikləri çatışmazlıqları başqalarına proyeksiya etməyə çalışırlar. Nəticədə, Elza Seyidcahan kütləyə özünə lağ etmə imkanı verməklə kifayət qədər məşhur oldu.

Bir iş adamı bizi oğlunun toyuna çağırmışdı. Qonaqlar yığışırdılar, özündən keçmiş bir cazmen də saksafonda caz klassikaları ifa edirdi. Qonaqlar yığışan kimi sənətkara "Sürüş buradan" dedilər, Musa Musayevlə Təranə Qumrala meydan verdilər. Orkestrdə böyük bir baraban da var idi. Tam bir kakafoniya idi. İştirakçılar məmnun idilər, oynayırdılar və şəkil çəkdirirdilər. Musiqi deyildi, səs işgəncəsi idi.  Müşfiq Şükürov bir neçə il çantasında Konfutsi haqqında kitabını gəzdirib tədbirlərdə satırdı. Anladı ki, fəlsəfəçiliklə nəsə əldə edə bilməz. Dini tezisləri irəli sürdü, elmi, təhsili və qadınları bütöv bir insan qrupu olaraq aşağıladı. İndi ciddi bir heyran kütləsi var. Aralarında qadınlar da az deyil, tədbirlərinə çağırıb mənəviyyat kompaslığı gözləyirlər Ötkün müəllimdən. 

Bir naşir 200 manata işlətdiyi yazarı paylaşıb "Yazarınıza yiyə durun!" tələbi irəli sürmüşdü. İməcilik başlamışdı. Xaricdə yaşayan bir qadın yazmışdı ki, "Pul göndərəcəyəm, onun əsərlərini yenidən nəşr edin". O əsərlərdə isə qocaman yazar qadınları aşağılayırdı. Küyə gedənlərdən heç kim yazmadı ki, "Sən axı 80 yaşında insanı 200 manata niyə istismar edirsən?". Məzlum görkəmini paylaşıb rəzil etmək əvəzinə, normal maaş ver ki, öz ehtiyaclarını qarşılasın. 

Yenə bütöv bir qrupu qınamaq üzərində qurulan bir reklam var. Açığı, çox strateji düşünülüb. Artıq hamı reklamı müzakirə edir. Seçilən atmaca kifayət qədər provokativdir. Uzun müddətdir ki, yaşlı-başlı insanlar xanımların estetik müdaxilələrə rəğbət göstərməsindən xeyli narahat olur, bunu ən ciddi problemlərdən biri kimi müzakirə edirlər.

Bir tanış xanım var idi. Daxili də, xarici görünüşü də olduqca harmonik idi. Bircə böyük eybi vardı, burnu xeyli donqar idi. Düşünürdün ki, yaradan, ya da təbiət bu qədər etinalı yanaşıb, burun məsələsində niyə etinasızlıq göstərib? Plastik əməliyyatla burnunu düzəltdi, indi gəzən yunan heykəli kimidir. Burada qınanmalı nə var?

Kiminsə estetik müdaxiləsi niyə milli problem sayılır? Orta məktəblərdə mühakiməsi hələ formalaşmamış, yetkinləşməmiş uşaqlara təbliğ edilmədikdən sonra, insanın öz görünüşünə müdaxilə etməsi onun haqqı deyilmi? Saç daramaqdan mahiyyət etibarilə fərqi nədir?

Diqqətlə analiz edəndə görürsən ki, populyar bütün müzakirələr mütləq üç-beş geridəqalmış təfəkkür nümunəsinə istinad edir. Müstəqilliyin 30 ilində hələ də insanlar bütöv bir insan qrupuna öz meyarlarını dayatmağa çalışırlar.

"Təbii olan" mütləq şəkildə ideal deyil. Təbii südü də, suyu da arıtmadan istifadə etmək olmaz. Təbii halda insan mağara yabanısına oxşayardı. Bütün meyvələrin təbii halı cılızdır, süni seleksiya sayəsində bugünkü dolğunluğa çatıblar. "Təbii duz" adı ilə rəngli duz satırlar, halbuki rəngi tərkibində ağır metalların çox olmasına görədir",- deyə, yazıçı fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki,  Son günlər yerli sosial şəbəkə seqmentində ən çox müzakirə olunan mövzulardan biri tanınmış aktyor Taleh Yüzbəyovun çəkildiyi dondurma reklamı olub. Sözügedən çarx həm yaradıcı yanaşması, həm də cəmiyyətə ötürdüyü mesajlar baxımından ciddi rezonans doğurub və sosial media istifadəçilərinin kəskin tənqidlərinə tuş gəlib.

Hər şey reklam çarxında estetik əməliyyat etdirən qadınlara eyham vurularaq “təbii dondurma” anlayışının ön plana çıxarılması ilə başlayıb. Reklamın yaradıcı heyəti təbii tərkibli dondurmanı vurğulamaq üçün qadınların xarici görünüşündəki süni dəyişiklikləri hədəf seçib. Lakin bu təqdimat forması gözlənilən uğuru gətirmək əvəzinə, xüsusilə qadın istifadəçilər tərəfindən narazılıqla qarşılanıb.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
17 JULY 2026
Azərbaycan pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirdilər 14:05 Avropadan danışırıqsa, niyə onun ölçülərindən uzaqlaşırıq? 14:00 Şənbə gününün havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:59 Hər 6 müəllimdən 1-i ikinci işdə çalışır - ABŞ-də 13:44 Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirildi 13:29 Rusiya son bir ayda Ukraynada cəmi 31 kvadrat km ərazi işğal edib və yarım milyon əsgər itirib 13:18 Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş başladı 13:08 A milli yoldaşlıq oyunu keçirəcək 13:00 Dünyanın boğulacağı üç boğaz - Yeni müharibələr bu üç nöqtədə olacaq 12:45 Rusiya Odessaya zərbə endirdi: Liman infrastrukturu hədəfə alındı 12:33 Müharibənin amansız siması: İranda son bir həftənin bilançosu açıqlandı 12:26 İranın Suriyaya zərbələrinin arxasında nə dayanır? 12:12 Putinlə Tramp bir-birinə qarşı savaşa çıxdı: İranı məğlub edə bilmirsən deyə... 12:01 Prezident bu səfirlərin etibarnaməsini qəbul etdi - YENİLƏNDİ 3 - FOTOLAR 11:39 Rusiya sabahdan Türkiyəyə qadağa tətbiq edəcək 11:51 Azərbaycan səfirliyi İrəvanın harasında olacaq? 11:36 Xəzər dənizinin səviyyəsi ildə 10 sm azalır – ARAŞDIRMA 11:22 "Mercedes" almanlara xəyanət etdi - Ürəyi "kitayski" olacaq 11:14 Hakan Fidan İranı silkələdi - VİDEO 11:05 Ali Tsokayev Macarıstanda da çempion oldu 10:58 Gizli Xidmət iş başında: Putinin qara qutusunu zəhərlədilər 10:53 14 yaşında Azərbaycanın ən böyük imperiyasını qurdu - Şah İsmayıl Xətai 10:51 Ali Məhkəmə: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz 10:34 Tokiodan tarixi qərar: İmperator sülaləsi ilə bağlı 79 illik qanun dəyişdi 10:27 Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu - FOTO 10:09 All News