Türk dünyası bir araya gəlir: Şuşada ilk böyük...

Türk dünyası bir araya gəlir: Şuşada ilk böyük...
24.06.2026 12:16 Cəmiyyət

Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin iyunun 30-da Birinci görüşü keçiriləcək.

Bu barədə TodayPress TV-yə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Belə ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələrin (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbərlərinin iştirakı nəzərdə tutulur.

Ortaq tarixə, milli-mənəvi, dini və mədəni dəyərlərə malik türk dövlətləri arasında birgə fəaliyyətin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədini daşıyan görüş çərçivəsində bir sıra aktual məsələlərin müzakirəsi planlaşdırılır.

Görüşün əsas mövzularından biri TDT çərçivəsində dini məsələlər üzrə dövlət qurumlarının əməkdaşlıq mexanizminin yaradılmasıdır. Bu təşəbbüs iştirakçı dövlətlər arasında müvafiq sahə üzrə koordinasiyanın gücləndirilməsinə, həmçinin işçi platformasının formalaşdırılmasına xidmət edir.

Həmçinin toplantının rəsmi hissəsinin yekununda əldə olunan razılaşmaları əks etdirən Kommünikenin imzalanması gözlənilir.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Kolumbiyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”da 14:31 Sidik yolu infeksiyası: Necə yaranır, əlamətləri nələrdir və necə müalicə olunur? 14:26 Ağacəkmə mərasimində səmimi anlar: Pezeşkian Pakistan rəsmilərini necə təəccübləndirdi? - VİDEO 14:19 Rusiyanın dilindən Zəngəzur dəhlizi düşmür - Vəziyyət gərginləşir 14:18 Sosial şəbəkə ilə terror göstərişi verən silahlı vuruldu 14:11 Qərb Rusiyanı artıq dəfn edib, Moskva isə tabutu başqası üçün hazırladığını açıqladı 14:09 Tramp İranı borclu çıxarır, amma özü borc ödəyir 14:02 Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti ucuzlaşdı 14:00 Hantavirus ölkələri qarışdırdı — 42 gün sonra... 13:56 Sərnişin var, vaqon yox - Qatar biletləri niyə çatmır? 13:54 Bakıda bir kanalizasiya qapağına üç qurum çarə tapa bilmədi 13:56 “.az” domeni olanların nəzərinə: Saytınıza xitam verilə bilər! 13:40 Rusiya Ermənistana umud olub, hər şey İrəvandan asılıdır 13:39 4 gənc suda ölümün pəncəsindən belə xilas ola bilərmiş - Keçmiş üzgüçü ilginc sirri açdı 13:29 Azərbaycan iqtisadiyyatı xəstələnib - O məmura görə sıfır... 13:28 Sabah Bakıda hava necə olacaq? 13:20 Bakı–Naxçıvan aviareysləri bu səbəbdən ləğv edildi 13:08 İran Amerikaya təşəkkür etdi: Bütün dünya bu məktubdan danışır 13:02 Xüsusi karantin rejiminin müddəti uzadıldı 13:00 Qərbi Azərbaycan festivalı iranlıları özündən çıxartdı 12:55 Qalibaf Bakıda hər şeyi danışdı - Biz buna hazırıq... 12:47 Eduard Mendi İraqla matçda oynamayacaq 12:49 Qızıl almaq istəyənlər DİQQƏT! Qiymətlər ucuzlaşmağa davam edir 12:34 Türk dünyası bir araya gəlir: Şuşada ilk böyük... 12:19 Moskvada işlər qarışdı: Lavrov ABŞ-dən küsdü 12:09 Bütün Xəbərlər