Rusiya Ukraynanın enerji damarına ZƏRBƏ VURDU - Ciddi dağıntılar var
Rusiya gecə saatlarında Ukraynanın müxtəlif bölgələrində “Naftoqaz” qrupuna daxil olan obyektlərə kütləvi hücumlar həyata keçirib.
TodayPress TV xəbər verir ki, “Naftoqaz”ın məlumatına görə, hücumlar “Ukrnafta”nın hasilat obyektlərinə və şirkətə məxsus qazma sahəsinə yönəlib. Hasilat infrastrukturuna qarşı onlarla zərbə dronundan istifadə edilib.
Hücum nəticəsində obyektlərdə ciddi dağıntılar yaranıb, avadanlıqların bir hissəsi sıradan çıxıb və işlər dayandırılıb. Təhlükəsizlik tədbirləri sayəsində hücuma məruz qalan obyektlərin əməkdaşları arasında xəsarət alan olmayıb.
Bildirilib ki, avqustun 7-si və 8-də “Ukrnafta” şəbəkəsinin Dnepropetrovsk, Zaporojye və Nikolayev vilayətlərində yerləşən 7 yanacaqdoldurma kompleksi də dron hücumlarının hədəfi olub.
Məlumata görə, hücumlardan biri nəticəsində yanacaqdoldurma məntəqəsinin əməkdaşı xəsarət alıb. Hazırda o, xəstəxanada müalicə olunur.
Həmçinin avqustun 8-də Rusiyanın mərkəzi Ukraynada yerləşən “Naftoqaz”ın istehsal obyektlərinə reaktiv dronlarla hücum etdiyi bildirilib. Hücum zamanı əməkdaşlar sığınacaqda olublar. Zərbələr nəticəsində obyektə ciddi ziyan dəyib.
Kübra Musayeva