ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində

ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində
29.01.2026 17:26 Cəmiyyət

ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsini ziyarət edib.

TodayPress TV xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Quba rayonuna səfər çərçivəsində “ABAD Factory” İstehsalat Kompleksinin fəaliyyəti ilə tanış olub.

Qonağa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə məlumat verilib. Bu çərçivədə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək, ailə təsərrüfatlarının formalaşması, yerli istehsalın təşviqi, regionlarda məşğulluğun artırılması istiqamətində görülən işlərdən söz açılıb. 

Qeyd olunub ki, istehsalat kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” kimi inşa edilib, uzun müddət istismar olunduqdan sonra yararsız vəziyyətə düşüb. 2018-ci ildə bina “ABAD” publik hüquqi şəxs tərəfindən “Paşa Holding”in dəstəyi ilə əsaslı təmir-bərpa işləri aparılaraq müasir avadanlıqlarla təchiz edilmiş istehsalat kompleksinə çevrilib.

Həmçinin vurğulanıb ki, “ABAD” publik hüquqi şəxs tərəfindən ailə təsərrüfatlarına istehsal, qablaşdırma, brendləşmə, marketinq, hüquqi yardım, mühasibatlıq və satış istiqamətləri üzrə kompleks dəstək xidmətləri göstərilir, milli məhsulların bazara çıxış imkanları genişləndirilir.

İstehsal prosesi və iş prinsipi ilə tanış olan Emi Karlo burada hazırlanan qida məhsullarından dadıb. O,  ailə təsərrüfatlarının dəstəklənməsinə və yerli istehsalın inkişafına yönəlmiş “ABAD” modelinin əhəmiyyətini  vurğulayıb və  quruma gələcək fəaliyyətində uğurlar arzulayıb.

TodayPress TV

FOTOLAR

ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində — 1
ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində — 2
ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində — 3
ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində — 4
ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində — 5
XƏBƏR LENTİ
30 IYUL 2026
Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Bütün Xəbərlər