“Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda keçirilən ikigünlük təlim yekunlaşdı

“Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda keçirilən ikigünlük təlim yekunlaşdı
10.12.2025 20:50 Cəmiyyət

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda keçirilən ikigünlük təlim yekunlaşıb.

TodayPress TV xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd ictimai fikir fenomeni kimi insanların düşüncələrinə təsir göstərən, ideyanın daha çevik və müasir formada ifadə edilməsinin yeni metodlarını özündə birləşdirərək jurnalistin yaradıcı şəxsiyyət kimi fərdi üslubunu formalaşdıran “storytelling” barədə media nümayəndələrini məlumatlandırmaqdır. Təlim çərçivəsində ənənəvi yazı tərzi ilə yeni məzmunun ifadə olunmasının mümkünlüyü, publisistik üslubun hipermətnə çevrilməsi, köşə yazarlığının dinamik formaları və cəlbediciliyinin artırılması kimi aktual mövzular müzakirə edilib. Qeyd olunub ki, “storytelling”in hazırda beynəlxalq trendə çevrilmiş standartlarını, daha geniş anlamda isə müasir narratologiya nəzəriyyələrini mənimsəmək mətnin, nitqin, ümumiyyətlə nəql etmənin bütün formalarında fikrin düzgün, anlaşılan olması və ictimai təsir gücünün artırılması baxımından mühüm əhəmiyyətə malikdir.  

9-10 dekabr tarixlərində keçirilən təlim çərçivəsində “Publisistik üslubun xüsusiyyətləri: Bədii publisistikanın janrları”, “Storytelling”: mediada istifadə formaları, ənənəvi və yeni yazı üsulları”, “Narrativ nəzəriyyəsi: əsas prinsipləri və istiqamətləri (mühazirə və simulyasiya)”, eləcə də “Vörkşop: nəzəri biliklərin möhkəmləndirilməsi” ilə bağlı media nümayəndələri üçün sessiyalar təşkil olunub.

TodayPress TV

PHOTOS

“Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda keçirilən ikigünlük təlim yekunlaşdı — 1
“Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda keçirilən ikigünlük təlim yekunlaşdı — 2
“Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda keçirilən ikigünlük təlim yekunlaşdı — 3
NEWS FEED
31 JULY 2026
Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 All News