Soyad və ata adını dəyişdirənlərin sayı niyə artır?

Soyad və ata adını dəyişdirənlərin sayı niyə artır?
15.01.2026 17:36 Cəmiyyət

Son illər Azərbaycanda ad, soyad və ata adının dəyişdirilməsinə marağın artması artıq fərdi qərar çərçivəsindən çıxaraq sosial tendensiya xarakteri alır. 

TodayPress TV xəbər verir ki, 2025-ci ildə 2723 nəfərin şəxsiyyət məlumatlarında dəyişiklik etməsi bu prosesin miqyasını açıq şəkildə göstərir. 

Bəs insanların soyad və ata adını dəyişməyi travmatik səbəblərdən irəli gələ bilərmi?

Psixoloq Zeynəb Əyyubova mövzu ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, soyad və ata adının dəyişdirilməsi psixoloji baxımdan yalnız hüquqi və ya estetik qərar deyil, çox vaxt insanın daxili təcrübələri və keçmiş yaşantıları ilə bağlı olur. 


Onun sözlərinə görə, bu cür dəyişikliklərin arxasında travmatik səbəblər dayana bilər və bu, psixoloji praktikada kifayət qədər rast gəlinən haldır:

"İnsan üçün ad və soyad kimliyin əsas simvollarından biridir. Xüsusilə ata adı ailə bağlarını, nəsil davamlılığını və mənsubiyyəti ifadə edir. Əgər bu bağlar travmatik təcrübələrlə assosiasiya olunubsa — məsələn, ailədaxili zorakılıq, emosional və ya fiziki istismar, valideyn tərəfindən tərk edilmə, uzunmüddətli konfliktlər və ya mənfi xatirələrlə yüklənmiş münasibətlər — insan həmin adı daşımaqla bu travmanı daim yenidən yaşadığını hiss edə bilər. Belə hallarda ad və ya ata adından imtina psixoloji qorunma mexanizmi kimi ortaya çıxır".

Psixoloq vurğulayıb ki, bəzi hallarda soyadın dəyişdirilməsi keçmiş kimlikdən uzaqlaşmaq və yeni həyat mərhələsinə keçid ehtiyacını əks etdirir. İnsan özünü köhnə rol, ailə modeli və ya sosial etiketlərlə eyniləşdirmək istəmədikdə, bu dəyişiklik daxili azadlıq və nəzarət hissini bərpa etməyə xidmət edir

"Travma yaşamış insanlar üçün bu, “keçmişlə məsafə saxlamaq” və özünü yenidən formalaşdırmaq cəhdi ola bilər.

Digər tərəfdən, bu qərar hər zaman dərin travma ilə bağlı olmaya da bilər. Bəzən bu, şəxsi inkişaf, estetik zövq, evlilikdən sonra kimliyin yenidən qurulması, yaxud ailə tarixi ilə bağlı fərqli seçimlərin nəticəsi olur. Lakin statistikanın artması onu göstərir ki, cəmiyyətdə fərdi kimliyin daha şüurlu şəkildə dəyərləndirilməsi prosesi gedirvə insanlar özlərini psixoloji cəhətdən daha rahat hiss edəcəkləri identiklik formalarına yönəlirlər".

Mütəxəssisin fikrincə, ad və soyadın dəyişdirilməsi çox vaxt insanın daxili ehtiyaclarının siqnalıdır. Bu ehtiyac bəzən travmanın sağaldılması, bəzən sərhədlərin müəyyənləşdirilməsi, bəzən isə özünü daha autentik hiss etmə arzusu ilə bağlı olur. Belə hallarda insanı tələsik mühakimə etməkdənsə, onun bu qərarının arxasında duran emosional səbəbləri anlamaq daha sağlam yanaşmadır.

"
Əgər bu dəyişiklik güclü emosional yüklə, daxili gərginlik və ya uzunmüddətli psixoloji narahatlıq fonunda baş verirsə, psixoloji dəstək prosesi insanın öz keçmişi ilə daha sağlam münasibət qurmasına və kimlik böhranını daha balanslı şəkildə həll etməsinə kömək edə bilər", - deyə Zeynəb Əyyubova fikrini tamamlayıb.

Türkan İsgəndərli

 TodayPress TV

NEWS FEED
31 JULY 2026
Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 All News