SOS! Tehranın “çirkli havası” Azərbaycana gəlir?

SOS! Tehranın “çirkli havası” Azərbaycana gəlir?
01.12.2025 13:33 Cəmiyyət

Hava keyfiyyətinin monitorinqi ilə məşğul olan İsveçrənin “IQAir” şirkəti Tehranı dünyanın ən çirkli şəhəri elan edib. Çirklənmənin rekord həddə çatması səbəbindən İranın bir sıra şəhərlərində məktəblər və dövlət qurumları bağlanıb.

Bəs qonşu ölkədəki bu vəziyyət Azərbaycana necə təsir göstərə bilər? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan ekoloq Sadiq Həsənov bildirib ki, İranda hava çirklənməsinin əsas səbəbləri köhnə avtomobillər, ucuz yanacaq və sənaye tullantılarıdır.


Onun sözlərinə görə, İranda min nəfərə düşən avtomobil sayı Azərbaycandan çox olsa da, qlobal səviyyədə yüksək göstərici sayılmır:

"Ümumi statistikalara görə, İranda min nəfərə düşən avtomobil sayı 185-dir. Bu göstərici Azərbaycandan yüksək olsa da (Azərbaycanda 152), dünya üzrə çox böyük rəqəm sayılmır. Məsələn, Rusiyada bu göstərici 200-315, Qazaxıstanda 220, orta Avropa ölkələrində isə 650-700 civarındadır. Yəni min nəfərə düşən avtomobil sayına görə İran o qədər də yüksək göstəriciyə malik deyil.

Sadəcə, İranda istifadə olunan avtomobillərin böyük hissəsi köhnə modeldir. Bu avtomobillərdə uzun illər ərzində texnoloji yenilənmə aparılmayıb. İran sanksiyalar altında olduğuna görə, heç bir ölkə onunla texnoloji ticarət etmir. Avadanlıqlar köhnə olduğu üçün avtomobillər çox yanacaq sərf edir. İranda yanacağın da ucuz olması səbəbindən bu avtomobillər çox yandırır və nəticədə atmosferə həddən artıq zərərli qazlar atılır".


Ekoloq əlavə edib ki, Tehran və Təbriz kimi iri şəhərlərdə əhali və nəqliyyat sıxlığı, eləcə də sənaye müəssisələrinin şəhər daxilində yerləşməsi vəziyyəti daha da ağırlaşdırır:

"Tehranda 10 milyona yaxın insan yaşayır, avtomobil sıxlığı isə həddindən artıq yüksəkdir. Hətta yolun bir tərəfindən digər tərəfinə keçmək belə çətinlik yaradır. Bu nəqliyyat sıxlığı hava çirklənməsinə ciddi təsir göstərən əsas amillərdən biridir. Zavod və fabriklərin də şəhər ərazisində yerləşməsi, həmçinin uzun müddət texnoloji yenilənmə aparılmaması atmosferin çirklənməsində böyük rol oynayır".

Ekspert vuğulayıb ki, İranın beynəlxalq təcrid siyasəti davam etdikcə ölkədə hava çirklənməsinin azalma ehtimalı da real görünmür. Avtomobil parkının yenilənməsi və elektrik nəqliyyatına keçid üçün uzun illər tələb olunur.

Onun sözlərinə görə, Tehranla Bakı arasındakı 800 kilometr məsafə səbəbilə çirklənmiş havanın Azərbaycana ötürülməsi ehtimalı çox aşağıdır. Burada əsas faktorlardan biri küləyin istiqamətidir.

Belə ki, külək cənubdan şimala doğru istiqamətləndiyi zaman müəyyən həcmdə keçmə ehtimalı var. Lakin qazların xüsusi çəkisi yüngül olduğundan belə məsafəni qət etmələri çətindir: 

"Azərbaycanda da hava çirklənməsinin əsas səbəblərindən biri avtomobil nəqliyyatıdır. Ölkədə 10 il və daha çox yaşı olan avtomobillərin sayı 70%-dən çoxdur. Xüsusilə 20 il və daha çox yaşı olan avtomobillər 40%-ə yaxındır. Bu isə Bakıda və digər şəhərlərdə hava çirklənməsinə ciddi təsir göstərir.

Burada əsas həll yollarından biri elektrik nəqliyyatına keçidin sürətləndirilməsi, müasir avtomobillərin alınması üçün vətəndaşlara imkanların yaradılmasıdır. Bu həm yanacaq sərfiyyatını azaldar, həm də hava mühitinin təmizlənməsinə mühüm töhfə verər", - deyə Sadiq Həsənov fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 All News