Qroznıda qəzaya uğrayan təyyarəyə memorial ucaldıldı

Qroznıda qəzaya uğrayan təyyarəyə memorial ucaldıldı
25.12.2025 00:13 Cəmiyyət

Bu gün Qroznıda, Ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanda 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ucaldılmış memorial plitənin açılış mərasimi keçirilib.

TodayPress TV bildirir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir.

Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, AZAL prezidenti Samir Rzayev, Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin rəhbəri Qalas Taymasxanov, Çeçenistan Respublikası hökuməti və parlamentinin nümayəndələri, eləcə də yerli Azərbaycan icması iştirak edib.

AZAL prezidenti Samir Rzayev mərasimdə çıxışı zamanı memorial plitənin ucaldılması qərarına görə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova minnətdarlığını bildirib.

O qeyd edib ki, memorial plitənin Heydər Əliyev adına parkda ucaldılması dərin simvolik əhəmiyyətə malikdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı dövlətçilik və məsuliyyət ideyaları ilə ayrılmaz şəkildə bağlıdır.

S.Rzayev vurğulayıb ki, faciənin xatirəsi, şübhəsiz ki, sülhün, insan həyatının və xalqlar arasında etimadı qorumağın zəruriliyini xatırlatmağa xidmət edəcək. Memorial plitə humanizm, insani mərhəmət və Azərbaycan–Çeçenistan dostluğunun rəmzinə çevriləcək və burada həmişə sükut, xatirə, ehtiram hökm sürəcək.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 All News