Kür daşır, 2010-cu ildəki vəziyyət yaxınlaşır - Həyəcan təbili

Kür daşır, 2010-cu ildəki vəziyyət yaxınlaşır - Həyəcan təbili
23.04.2026 16:43 Cəmiyyət

Son dövrlərdə müşahidə olunan intensiv yağışlar ölkənin çay sisteminə, o cümlədən Kür çayına təsir göstərib. Çay kənarında yaşayan insanları isə bir məsələ narahat edir: 2010-cu ildəki daşqınların təkrarlanması.

Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov TodayPress TV-yə bildirib ki, yağıntıların artması həm çaylarda sululuq səviyyəsini yüksəldib, həm də qrunt sularının həcminə təsir edib.


Onun sözlərinə görə, hazırda Kür çayında su səviyyəsində artım müşahidə olunur:

"Son dövrlər yağan intensiv yağışlar həm çaylarda sululuq səviyyəsini artırıb, eyni zamanda qrunt sularının həcmini artırıb. Bunların nəticəsində Kür çayında və digər çaylarımızda su səviyyəsinin artması müşahidə olunur və Kür çayında bu səviyyə təxminən 2 metrdən yuxarıdır".

Ekoloq vurğulayıb ki, xüsusilə Salyan istiqamətində aparılan müşahidələr də əvvəlki illərlə müqayisədə artımın olduğunu göstərir:

"Salyanda aparılan müşahidələr göstərir ki, əvvəlki illərlə müqayisədə kifayət qədər artım var. Təxminən bu səviyyə 2010-cu il səviyyəsinə çatmaq üçün orta hesabla 1 metrə qədər də qalxarsa, həmin vəziyyət təkrar oluna bilər. Ancaq yaxın dövr üçün ciddi daşqın riski gözlənilmir. Bu yağışların səngiməsi müəyyən qədər Kür çayının səviyyəsinə təsir edəcək. Düşünürəm ki, həmin hadisələr bir daha təkrar olunmayacaq. Lokal xarakterli, kiçik miqyaslı hallar ola bilər. Ancaq böyük miqyasda belə hadisələrin baş verməsi gözlənilmir".

Ekspertin fikrincə, yalnız hava şəraitində yenidən kəskin dəyişiklik olarsa, vəziyyət fərqli istiqamət ala bilər:

"Əgər birdən hava şəraiti dəyişsə və intensiv yağışlar təkrar olunsa, onda biz həmin hava şəraitinin yenidən formalaşmasının şahidi ola bilərik. Bu da Kür çayında və digər çaylarda, eyni zamanda qrunt sularının səviyyəsinin artmasına təsir göstərə bilər".

Sadiq Həsənov hazırkı proqnozlara əsasən yay aylarında ciddi təhlükə gözlənilmədiyini bildirib:

"Gözlənilən hava şəraiti indiki mərhələdə və yazdan yaya keçid dövründə bu şəkildə davam edərsə, düşünürəm ki, 2010-cu ildə baş verən daşqın hadisələri təkrarlanmayacaq".

O, həmçinin Kür çayının ölkə üçün strateji əhəmiyyətini qeyd edib və mövcud su artımının müsbət tərəflərindən də danışıb:

"Kür çayı Azərbaycanın əsas çay mənbələrindən biridir. Həm əkin sahələri, həm də içməli su üçün istifadə olunan geniş su ehtiyatına malikdir. Düşünürəm ki, yay mövsümündə adətən suyun azalması baş versə də, hazırkı artım nəticəsində ehtiyatlar çoxalacaq. Su anbarlarına dolan suyun səviyyəsi artacaq və yay aylarında əkin sahələri üçün problem yaranmayacaq".

Qeyd edək ki, son həftələrdə yağan intensiv yağışlar nəticəsində bir sıra bölgələrdə çaylarda su səviyyəsinin yüksəlməsi müşahidə olunur.

Xatırladaq ki, 2010-cu ilin may ayında Azərbaycanın Aran bölgəsini əhatə edən genişmiqyaslı daşqın baş verib. Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, İmişli və Kürdəmir rayonlarında çay sahili boyunca yerləşən ərazilər su altında qalıb.

Ölkənin şərq hissəsində, Şirvan ərazisində Kür çayının seli səddi dağıdaraq Bayramlı qəsəbəsini basıb. Xoşbəxtlikdən insan itkisi qeydə alınmayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Bütün Xəbərlər