Nərmin Şahmarzadə Ələsgər Məmmədli və qardaşını biabır etdi: "Milyonlar pul..."

Nərmin Şahmarzadə Ələsgər Məmmədli və qardaşını biabır etdi: "Milyonlar pul..."
08.07.2026 12:08 Cəmiyyət

İctimai fəal Nərmin Şahmarzadə sosial şəbəkə hesabında Vətəndaş Cəmiyyəti (VC) sahəsində fəaliyyət göstərən bəzi şəxslərlə bağlı sərt fikirlər səsləndirib və bir sıra iddialar irəli sürüb.

Todaypress TV xəbər verir ki, o, paylaşımında konkret olaraq Nəsimi Məmmədli, Ələsgər Məmmədli və onun qardaşı qızı ilə bağlı tənqidi fikirlər yazıb.

N.Şahmarzadə xaricdə yaşayan fəallar arasında maliyyə məsələləri ilə bağlı müzakirələr aparıldığı bir vaxtda bəzi şəxslərin buna münasibətini tənqid edib.

İctimai fəal daha sonra Ələsgər Məmmədlinin həbs olunduğu dövrdə onun ailəsinə və yaxınlarına dəstək kampaniyası ilə bağlı iddialar səsləndirib.

Onun sözlərinə görə, həmin vaxt Vətəndaş Cəmiyyəti daxilində Ələsgər Məmmədlinin qardaşı qızına dəstək göstərilməsi ilə bağlı çağırışlar olub:

"VC-də söhbət yayıldı ki, Ələsgər türmədədir, vəziyyəti pisdir, qardaşı qızına dəstək olmaq lazımdır. Etdilər. Qardaşın qızı Avropaya gəldi, Tiflisi gəzdi, müxtəlif təşkilatlardan bizim hamımızın aldığı məbləğdən qat-qat çox vəsait aldı. Həmin dəstəkdən sonra həmin şəxsin fəaliyyəti ilə bağlı suallar yaranıb. Burada neçə aktivist ac, pulsuz, evsiz qalıb. Amma o, Tiflisi də gəzdi, ölkəyə də qayıtdı. İş də görmədi, dincəldi".

İctimai fəal öz fəaliyyəti ilə müqayisə apararaq qeyd edib ki, bəzi şəxslərin əldə etdiyi imkanların arxasında real fəaliyyətin olub-olmaması sual doğurur:

"IDI-ni yeni tanıyanda mənə deyilmişdi: "Gülzara bax, cibində bəlkə 5 manat yoxdur, amma dəyərlər üçün davam edir". Amma mən həmin vaxt işləyirdim.  Bunu mənə deyən adam unudurdu ki, onun sevgilisinin cibində 5 manatdan artıq pul olmağı elə şagirdləri riyaziyyata hazırlaşdırıb hər birindən aylıq 30 manat qazanmağın nəticəsi idi + o pullarla, universitetdəki stipendiyamla kitablar ala, çöldə yemək yeyə, çay içə, filmə, tamaşaya gedə bilirdim".

O, həmçinin bəzi şəxslərin uzun müddət beynəlxalq təşkilatların imkanlarından yararlandığını, lakin bunun nəticəsində müstəqil fəaliyyət ortaya qoymadığını iddia edib.

"Neçə il IDI-nin mətbəxindən çıxmayan qız ortaya heç bir müstəqil iş qoya bilməyib. VC sənin yetişdirə bilmədiyin qızına davamlı büdcə ayırıb: öyrətməyə, işləməyə, relokasiyaya".

Türkan İsgəndərli

Todaypress TV

XƏBƏR LENTİ
08 IYUL 2026
Pit Heqset İsrailə səfərini ləğv etdi - SƏBƏB? 14:32 Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlandı 14:25 "Atatürk" dünən NATO sammitində idi - Ərdoğan Atatürkün Yeniçəri mesajını yenilədi 14:21 "Onları Rusiyadan qorumaq üçün 1 trilyon xərclədik..." 14:18 "Eurohome"un rəhbəri Azay Möhnətov jurnalist və ailəsini incitdi - Dövlətə müraciət etdilər 14:02 XİN başçısından kritik çağırış: Başqa ölkələrdəki hərbi münaqişələrdə iştirak cinayətdir! 14:00 Tramp Türkiyəyə gəlib, əlimiz çatır, vuraq - İranlı deputat 13:55 Trampın Türkiyəyə verəcəyi F-35-lər KAAN-ı göməcək? 13:38 NATO-nun Ankara sammiti Türkiyəni dünya gücünə çevirdi - TƏHLİL 13:35 Ruttedən Putinə sərt xəbərdarlıq: "Bizimlə oyun oynamayın" 13:17 "BakuBus" MMC-dən vətəndaşa kurioz cavab: Kondisioner işləyəndə təşəkkür etmirsiniz, işləməyəndə zəng edirsiniz 13:14 Sabahın havası açıqlandı, neçə dərəcə isti olacaq? 13:11 Tramp Ərdoğana canlı yayımda tələ qurdu: O da İranı sevmir 12:45 Tramp bu dəfə İspaniyanı "hədəf taxtası"na qoydu - Əlaqələrə yenidən baxılacaq! 12:42 ABŞ-nin İranla atəşkəsi artıq qüvvədə deyil - TƏCİLİ 12:26 Azərbaycan və İordaniya XİN başçıları danışıqlar aparır 12:26 Nərmin Şahmarzadə Ələsgər Məmmədli və qardaşını biabır etdi: "Milyonlar pul..." 12:08 ABŞ-İran münaqişəsini yenidən qızışdıran 4 SƏBƏB - Memorandumu heçə saydılar 12:03 Fazil Mustafadan Sərdar Cəlaloğluna sərt cavab: "İrançı şəbəkənin ruporlarına çevrilib" 11:33 Bakının kanalizasiya sularında boğulması və ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səhvləri 11:28 "Gecə aeroporta çağırdılar, sonra evə qayıtmağımızı dedilər" - Naxçıvana gedən yüzlərlə sərnişin çarəsiz vəziyyətdə 11:08 İlham Əliyev İordaniya Kralını ölkəyə səfərə dəvət etdi 11:05 Prezident İordaniya Baş nazirinin müavinini qəbul etdi 10:58 İsrailin əməli öz başında çatladı - Gözlər Azərbaycanda... 10:53 Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - VİDEO 10:46 Bütün Xəbərlər