Naxçıvanda su abonentlərinin müştəri kodları yenilənəcək

Naxçıvanda su abonentlərinin müştəri kodları yenilənəcək
28.08.2025 12:59 Cəmiyyət

1 sentyabr 2025-ci il tarixindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Naxçıvan şəhər Sukanal İdarəsində yeni Müştəri İnformasiya Sistemləri Proqramının tətbiqinə başlanılacaq.

Bu barədə TodayPress TV-yə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Məlumata görə, bu tarixdən bütün mövcud abonent kodları yenisi ilə əvəzlənəcək. Yeni abonent kodları da həmin tarixdən etibarən təqdim olunaraq bildirişlərin üzərində qeyd ediləcək. Yenilik çərçivəsində mövcud abonent kodları vasitəsilə ödənişlərin qəbulu 29 avqust 2025-ci il saat 20:00-dan dayandırılacaq, 1 sentyabrdan yeni veriləcək abonent kodları üzərindən davam etdiriləcək.

Yeni sistemin tətbiqi ilə əlaqədar yaranacaq hər hansı bir sualla bağlı Naxçıvan şəhər Sukanal İdarəsinin +994(36) 545 01 93 nömrəsi və ya “955” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Xidmət səviyyəsinin artırılması, abonent bazasının təkmilləşdirilməsi, daha da artırılması, elektron nəzarət imkanının yaradılmasına xidmət edən yenilik bilavasitə abonent məmnuniyyətinin yüksəldilməsinə səbəb olacaq. Abonentlərlə işin şəffaflığı, vahid müştəri bazasının formalaşdırılması, mərkəzləşdirilmiş sistemin təkmil qurulması, ödənişlərin asanlaşdırılması baxımından yeni sistemə keçid olundu.

Həmçinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin digər sukanal idarələri də abonentlərlə əlaqəni MİS vasitəsilə həyata keçirir. Xatırladaq ki, Naxçıvan şəhərində istehlakçıların məişət, içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətləri Prezident İlham Əliyevin 23 noyabr 2024-cü il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə həvalə olunub.

XƏBƏR LENTİ
17 IYUN 2026
Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Bütün Xəbərlər