Mədəsi yuyulan uşaq NİYƏ ölüb? – AÇIQLAMA

Mədəsi yuyulan uşaq NİYƏ ölüb? – AÇIQLAMA
13.02.2026 14:16 Cəmiyyət

"İlkin ehtimallar arasında tibbi müdaxilənin birbaşa ölümə səbəb olması inandırıcı görünmür".

Tibb elmləri doktoru, professor Adil Qeybulla bu fikirləri xəstəxanada mədəsi yuyulduqdan sonra evə buraxılan və daha sonra həyatını itirən uşaqla bağlı TodayPress TV-yə danışarkən bildirib.


Onun sözlərinə görə, hadisə ciddi tibbi araşdırma tələb edir və mövcud məlumatlar əsasında ölüm səbəbi barədə qəti fikir söyləmək mümkün deyil:  

“Bu məsələyə birmənalı cavab vermək çətindir. Düşünmürəm ki, burada yatrogen, yəni tibbi müdaxilə nəticəsində yaranan bir fəsad baş verib. Belə hal olsa belə, adətən dərhal ölümə gətirib çıxarmır”.

Həkimin fikrincə, hadisənin əsas ehtimal olunan səbəblərindən biri zəhərlənmə və ya toksiki təsir ola bilər: 

"Uşağın orqanizmində hər hansı toksiki maddənin mövcudluğu ölüm riskini artırmış ola bilər. Belə hallarda ən vacib mərhələ meyitin təşrihi və tibbi ekspertizanın aparılmasıdır. Bu cür ölüm hallarında meyit mütləq müayinə olunmalı, ölümün birbaşa səbəbi araşdırılmalıdır. Ekspertiza keçirilmədən “niyə öldü?” sualına dəqiq cavab vermək mümkün deyil".

Professor vurğulayıb ki, xəstəxanada tətbiq edilən mədə yuyulması proseduru tibbdə geniş istifadə olunan standart müdaxilədir və onun birbaşa ölümə səbəb olması real görünmür. Bu prosedur adətən zəhərlənmə şübhəsi və ya ağır mədə-bağırsaq pozuntuları zamanı həyata keçirilir.

"Hadisənin obyektiv qiymətləndirilməsi üçün bütün tibbi sənədlər araşdırılmalı, laborator analizlər aparılmalı və yalnız bundan sonra yekun tibbi rəy açıqlanmalıdır. Bir insan həyatını itirib və səbəb mütləq dəqiq müəyyən edilməlidir. Yalnız ekspertiza nəticələri hadisənin əsl səbəbini ortaya qoya bilər", – deyə Adil Qeybulla fikrini tamamlayıb.

Qeyd edək ki, Sabirabad rayonunun Saraxanbəyli kəndində yaşayan bir ailənin dörd üzvü qida zəhərlənməsi şübhəsi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib. Tibbi müdaxilə olunaraq mədələri yuyulduqdan sonra ambulator müalicə üçün evə buraxılan ailə üzvlərindən biri, 2015-ci il təvəllüdlü Hüseyn Cavanşir oğlu Cəfərovun səhhəti qəfil pisləşib. Tibb müəssisəsindən verilən açıqlamaya görə, təkrar xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü təsdiqlənib.

İlkin versiyaya görə, ailə üzvlərinin halının pisləşməsinə səbəb konservləşdirilmiş tərəvəz məhsulunun qəbulu olub. Hazırda baş vermiş faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 All News