İrana axan milyonlar - Xüms adıyla ölkədən milyonlar necə çıxarılır?

İrana axan milyonlar - Xüms adıyla ölkədən milyonlar necə çıxarılır?
13.04.2026 13:03 Cəmiyyət

Azərbaycanın əhalisi təxminən 10,3 milyon nəfərdir. Əhalinin əksəriyyəti müsəlmandır, şiələr isə ümumi əhalinin 60-75% təşkil edir. Bu, təxminən 6,5-7 milyon şiə vətəndaş deməkdir. 

Onların içlərində qatı şiə, İranpərəstlər də az deyil. Onlar üçün xüms (insanın müəyyən qazanc və gəlirlərinin 20%-i) vacib hesab olunur. Bununla yanaşı ümumi dini ianələr - məscid, hüseyniyyə, təbliği fəaliyyət də mövcuddur ki, bu, fitrədən 2-3 dəfə çox ola bilər.


Məlumata görə, bu pullar şiələrdə “marja” adlanan böyük ayətullahlara (məsələn, İranda Ayətullah Xamenei və ya İraqda Ayətullah Sistani) göndərilir. Toplanan vəsaitin yarısı imamın payı (seminariyalar, mədrəsələr, təbliğat), yarısı peyğəmbər nəslindən olan yoxsullara verilir.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan ilahiyyatçı Tural İrfan bildirib ki, bəzi şəxslərin zəkat, xüms, fitrə qismindəki ianələri xaricdəki dini mərkəzlərə, xüsusən İranda təqlid etdikləri müctəhidlərin fondlarına göndərməsi haqqında problemlərə mütəmadi şəkildə toxunulur. Onun sözlərinə görə, bu, yolverilməzdir:


"Bizim öz dini idarələrimiz, yardıma ehtiyacı olan insanlarımız var. Lakin xüsusən İrana xüms, zəkat göndərilməsi prosesi əsasən təqlidçiliklə bağlıdır. Özünə lider seçdiyi din xadiminə təqdim edən, yəni bağlı olan kəslər onlara maddi, mənəvi, hətta siyasi dəstək verirlər. Bu ilk növbədə dinə müxalifdir və dövlətə xəyanətdir. Çünki bu vəsaitlər bilirik ki, qaranlıq məqsədlərə, bir çox hallarda da ölkəmiz əleyhinə istifadə olunur. Bəlkə də Naxçıvana atılan dronlar buradan İrana göndərilən zəkat pulu ilə hazırlanıb". 

İlahiyyatçı vurğulayıb ki, ölkədə din sahəsi elə nizamlanmalıdır ki, məzhəbçilik, xaricə bağlılıq tam aradan qalsın və radikal, mühafizəkar qruplar dövlətə problem yaratmağa cəhd etməsinlər:


"İran rejimi dini siyasi alətə çevirib başqa xalqları da təsir altına salmaq üçün məzhəb kartından istifadə edir. İslama görə zəkat və sədəqə öz yaşadığın ölkənin imkansız adamlarına verilməlidir. İrana göndərilən zəkat, xüms və digər vəsaitlər vaxtilə İraq, Suriya müsəlmanlarını qırmaq üçün istifadə olunurdu. Həmçinin ölkəmizə təzyiq vasitəsi kimi, şantaj aləti olaraq istifadə olunurdu. Ərdəbilin baş mollası dəfələrlə bəyan edirdi ki, Azərbaycanda onun dəstəkçiləri, əlaltıları var. Hansısa fəlakət, fövqəladə hadisə zamanı qonşu ölkəyə dövlət səviyyəsində onsuz da yardım edilir. Din də bunu xoş görür. Lakin fərdi olaraq, yaxud dini çətir kimi mənfur niyyətlərə alət edərək xarici ölkədəki gizli, təhlükəli mənbələrə maddi yardım etmək eyni zamanda hüquqi məsuliyyət də yaradır. Xüsusən hamıya məlum olduğu halda ki, o pullar İslamın, sülhün, bəşəri dəyərlərin əleyhinə istifadə olunur".

Tural İrfan qeyd edib ki, zəkat və xüms kimi dini ianələr yalnız ölkə daxilində istifadə olunmalıdır:

"Dini qaydalara görə bu ianələr o zaman öz ölkəndə istifadə olunmaya bilər ki, o ölkə müsəlman olmasın. Belə olduğu halda müsəlmanlar yaşayan ölkələrə yardım etmək olar. Məsələn, Avropada yaşayan müsəlmanların digər müsəlman ölkələrinə zəkat, xüms kimi ianələri yollaması təbiidir. Çünki ola bilsin orada onu təqdim etməyə, ünvanına çatdırmağa ehtiyac yoxdur. Ancaq Azərbaycandan İrana zəkat, xüms adı ilə vəsait yollamaq öz müsəlman əhalimizə də hörmətsizlikdir. Hesab edirəm ki, bu halların qarşısı qanun müstəvisində alınmalıdır".

Qeyd edək ki, Pakistan, Hindistan və Körfəz ölkələrində də oxşar sistem var. Azərbaycanda ianələr daha kiçikdir.

Xüsusilə 2020-ci il Zəfərdən sonra Azərbaycanda milli hisslər çox güclənib. İnsanlarda vətənpərvərlik artıb. Buna görə xarici dini mərkəzlərə ianə göndərmək bir qədər azalıb. Hökumət də İranla bağlı qrupları daha çox nəzarətə götürüb. Amma sosial şəbəkələrdə İran tərəfdarı bəzi mollalar hələ də aktivdir. Onlar ianə çağırışları edir və pulları müxtəlif yollarla İrana göndərə bilirlər. 

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 All News