Hökməli qəsəbəsində 2 küçə təmir edilir

Hökməli qəsəbəsində 2 küçə təmir edilir
04.06.2025 14:55 Cəmiyyət

Abşeron rayonunun Hökməli qəsəbəsində şəhid Elşən Müslümov və şəhid Zülfüqar Qubadovun adlarını daşıyan küçələrdə təmir-bərpa işləri həyata keçirilir. 

Bu barədə TodayPress TV-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, layihəyə uyğun olaraq, Elşən Müslümov küçəsinin ümumi uzunluğu 850 metr, Zülfüqar Qubadov küçəsinin uzunluğu isə 600 metr təşkil edir. Hər iki küçənin hərəkət hissəsinin orta eni 6 metrdir. 

Hazırda sözügedən ərazilərdə yararsız torpaq laylarının qazılması və çıxarılması, əks-dolğu və kipləşdirmə işləri, yeni yol əsasının hazırlanması və küçələrin profilə salınması prosesi həyata keçirilir.

Aparılan işlər layihə-qrafikə uyğun şəkildə davam etdirilir və ilkin mərhələnin tamamlanması ərəfəsindədir. 

Növbəti mərhələdə asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə səviyyəsinə uyğunlaşdırılması və onların yenilənməsi nəzərdə tutulur. 

Layihənin başa çatdırılması ilə, qeyd olunan küçələr müasir standartlara uyğun şəkildə yenidən qurularaq əhalinin istifadəsinə veriləcək. 

Qeyd edək ki, 2025-ci il üzrə “İnvestisiya Proqramı” çərçivəsində Hökməli qəsəbəsində yerləşən, uzunluğu 400 metr olan Yusif Qarayev küçəsində də analoji təmir-bərpa işlərinin aparılması planlaşdırılır.

XƏBƏR LENTİ
15 IYUN 2026
Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Bütün Xəbərlər