Güclü maqnit qasırğası baş verəcək - Çölə çıxmayın

Güclü maqnit qasırğası baş verəcək - Çölə çıxmayın
09.12.2025 17:10 Cəmiyyət

Dekabrın 9-dan 10-na keçən gecə Yer kürəsində güclü maqnit qasırğasının baş verəcəyi gözlənilir.

Bu proses hansı insanlara təsir edəcək?

Mövzu ilə bağlı terapevt Etibar Süleymanov TodayPress TV-yə danışarkən  bildirdi ki, maqnit qasırğalarının əksər insanlar üçün ciddi təhlükəsi yoxdur.


Lakin meteo-həssas insanlar üçün bəzi əlamətlər ortaya çıxa bilər:

"Həmin insanlarda təzyiq xəstələrində təzyiqin yüksəlməsi, həssas sinir sistemi olanlarda baş ağrısı, ümumi halsızlıq və yorğunluq, yuxu pozuntusu və əhvalın dəyişməsi baş verə bilər".

Həkimin sözlərinə görə, belə günlərdə meteo-həssas şəxslərə daha diqqətli olmaq, gündəlik fəaliyyəti yüngülləşdirmək və özünü yormamaq tövsiyə olunur.

Ekspert həmçinin bildirir ki, geomaqnit qasırğaları zamanı ürək-damar sistemi xəstəlikləri olanlar, yaşlılar və xroniki narahatlığı olanlar öz vəziyyətlərini nəzarətdə saxlamalıdırlar. Suyu normadan az içməmək, açıq havada qısa gəzinti etmək və stressdən uzaq durmaq tövsiyə edilir.

Mütəxəssis əlavə edib ki, maqnit qasırğalarının psixoloji təsirləri də mümkündür. Bəziləri özünü adi günlərdən daha əsəbi və ya gərgin hiss edə bilər:

"Bu simptomlar adətən 24-48 saat ərzində keçib gedir. Qasırğanın pik saatlarının gecə vaxtına düşməsi isə gündəlik həyat ritminə ciddi təsir göstərməyəcək. Xüsusilə həssas insanlar öz səhhətlərinə qarşı diqqətli olmalıdırlar", - deyə Etibar Süleymanov qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 All News