Əkrəm Bəydəmirli: "Qanunlar var, əsas məsələ onların effektiv icra mexanizminin təmin edilməsidir"

Əkrəm Bəydəmirli: "Qanunlar var, əsas məsələ onların effektiv icra mexanizminin təmin edilməsidir"
10.07.2026 11:55 Cəmiyyət

"Azərbaycanda qanunvericilik bazası beynəlxalq standartlara uyğun formalaşdırılsa da, əsas diqqət qanunların effektiv icra mexanizminin təmin edilməsinə yönəldilməlidir".

TodayPress TV xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli "Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması" adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda qəbul olunan qanunların böyük hissəsi beynəlxalq standartlara cavab verir, lakin onların icrasının daha səmərəli təşkili vacibdir.

"Ümumiyyətlə, Azərbaycanda qanunvericilik sistemində kifayət qədər qanunlar beynəlxalq standartlara uyğun qəbul olunub. Lakin qanunların icra mexanizminin tapılması və təkmilləşdirilməsi üzərində daha çox düşünməliyik. Bələdiyyə institutunun inkişafı baxımından qardaş Türkiyənin təcrübəsindən faydalanmaq məqsədəuyğun olardı. Bələdiyyə institutu Türkiyədə kifayət qədər formalaşmış bir mexanizmdir. Ən azı həmin təcrübəni öyrənib Azərbaycanda tətbiq etməliyik. Bələdiyyələr daha mükəmməl fəaliyyət göstərərsə, bir sıra problemlər də öz həllini tapacaq".

Əkrəm Bəydəmirli son illərdə ictimai nəzarətin daha da gücləndiyini vurğulayaraq bildirib ki, sosial şəbəkələrin geniş yayılması vətəndaşların problemləri operativ şəkildə gündəmə gətirməsinə imkan yaradır.

"Bu gün hər kəsin əlində telefon var. İnsanlar problemləri çəkib sosial şəbəkələrdə paylaşırlar. Əsas məsələ ictimai rəylə hesablaşma mədəniyyətinin formalaşmasıdır. Hansısa məmur və ya dövlət qurumu haqqında tənqidi material yayılırsa, buna münasibət bildirilməli, əsassızdırsa aydınlıq gətirilməli, problem varsa aradan qaldırılmalıdır. Dövlət qulluqçuları ictimai rəyin əhəmiyyətini dərk etməli və vətəndaşların iradlarına məsuliyyətlə yanaşmalıdırlar. Hər bir məmur öz məsuliyyətini dərk etməli və ictimai rəylə hesablaşmalıdır. "Hara istəyirsən yaz" kimi yanaşma qəbuledilməzdir. Belə münasibətə qarşı qanunvericilikdə daha sərt mexanizmlər nəzərdə tutulmalıdır".

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri korrupsiyanın yalnız dövlətə və cəmiyyətə deyil, korrupsiya törədən şəxsin özünə də ağır zərbə vurduğunu bildirib.

"Korrupsiya ilə məşğul olan məmur təkcə dövlətə, xalqa və millətə ziyan vurmur. O, həm də öz gələcəyini məhv edir, uzun müddət ailəsindən və cəmiyyətdən təcrid olunur, azadlıqdan məhrum edilir".

Sədr hesab edir ki, korrupsiyaya qarşı mübarizədə maarifləndirmə ilə yanaşı, inzibati və hüquqi mexanizmlər də gücləndirilməlidir.

"Bu sahədə maarifçilik vacibdir, amma bununla kifayətlənmək olmaz. İnzibati resurslar daha fəal işə salınmalı, qanunlar sərtləşdirilməli və korrupsiya hallarına qarşı daha prinsipial mövqe nümayiş etdirilməlidir".

Sonda o vurğulayıb ki, Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə çevrildiyini qeyd edərək, vətəndaş cəmiyyətinin də ölkədə sosial rifahın yüksəldilməsi və mövcud problemlərin həllinə öz töhfəsini verməyə hazır olduğunu bildirib.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
22 JULY 2026
Əhaliyə XƏBƏRDARLIQ! Saat 08:00-dan etibarən… 21:40 Çin Hərbi Hava Qüvvələri yeni taktika tətbiq edir 01:52 Yasamal sakinlərinə XƏBƏRDARLIQ! Bu ərazilər işıqsız qalacaq 01:08 11 gün yatmadan, yemədən uçdu: Alimləri heyrətləndirən quşun sirri 00:59 Antarktidada qışın ortasında inanılmaz hadisə - Temperatur müsbətə qalxdı 22:41 Okeanlarda həyatı məhv edə biləcək proses başladı – Alimlər həyəcan təbili çalır 22:24 İnsan Yer tarixində “son saatda” meydana çıxıb 22:10 İran Süleymaniyəyə güclü zərbələr endirir - VİDEO 01:27 “Taktiki bomba ilə məhv ediləcək” – İranla bağlı iddia 00:44 SON DƏQİQƏ: İsrailin Bəhreyndəki səfirliyində partlayış oldu - İDDİA 00:40 İran, İraq, Əfqanıstan… Tramp bütün müharibələri bir siyahıda topladı 00:29 Azərbaycan milli mətbuatının 151 yaşı tamam olur 23:48 Zelenski Ukrayna Silahlı Qüvvələrinə yeni baş komandan təyin etdi 23:45 “Heç kimin təsəvvür edə bilməyəcəyi qədər zəiflədilər” - Tramp 23:33 Ukrayna ordusunda nə baş verir? - Sırski vəzifədən getdi 23:14 Fransada uşaqlara “komendant saatı” tətbiq ediləcək 22:55 TƏCİLİ: ABŞ bombardmançı təyyarələri havaya qalxdı 22:51 Zelenski Fedorovla görüşdü - Rəsmi Kiyev detalları açıqlamır 22:33 “İndi geri çəkilsək, İran 25 ilə…” - Tramp 21:45 Çempionlar Liqası: "Sabah" "KuPS"a qalib gəldi - YENİLƏNDİ 20:02 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Həyəcan siqnalı: ABŞ bazası tam döyüş hazırlığına gətirildi - VİDEO 21:57 İranın Bəhreynə dron hücumları davam edir - VİDEO 21:52 Kəlbəcərdə partlayışda yaralanan şəxslə bağlı yeni məlumat 14:53 İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN 21:33 All News