Dosent: “Etibar yoxdursa, niyə 4 000-ə yaxın tibb işçimiz Almaniyada çalışır?”

Dosent: “Etibar yoxdursa, niyə 4 000-ə yaxın tibb işçimiz Almaniyada çalışır?”
31.03.2026 16:57 Cəmiyyət

Son dövrlər tanınmış simaların müalicə üçün xaricə üz tutması cəmiyyətdə yerli səhiyyəyə inam məsələsini yenidən gündəmə gətirib. 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının dosenti Aydın Əliyev Azərbaycanın tibbi kadr potensialının yüksək olduğunu vurğulayıb.  


O bildirib ki, azərbaycanlı mütəxəssislərin dünyada rəqabətədavamlı olması faktı göz qabağındadır:

“Əgər etibar və savad məsələsində problem varsa, onda niyə təkcə Almaniyada 4 000-ə yaxın azərbaycanlı tibb işçisi çalışır? Buraya hətta Tibb Universitetinin tələbələri də daxildir. Bu rəqəm göstərir ki, bizim savadlı həkimlərimiz həqiqətən də çoxdur”.  

Dosent əlavə edib ki, xarici ölkələrlə müqayisədə əsas fərq həkimlərin biliyində deyil, daha çox sistem və texniki təchizatdadır.

“Mən 44 il Tibb Universitetində dərs demişəm və hər il fəxr etmişəm ki, yetişdirdiyimiz tələbələr çox güclüdür. İçində zəif olanlar olsa da, onları nəzərə alırıq, amma dünyaya çıxanlar çoxdur. Onlar bu gün Amerikada, Çində, Avropanın müxtəlif ölkələrində və Türkiyədə uğurla fəaliyyət göstərirlər”, - deyə Aydın Əliyev fikrini tamamlayıb.  

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 All News