Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq
06.08.2026 09:07 Cəmiyyət

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədilə avqustun 6-da paytaxtda bir neçə Transformator Məntəqəsində (TM), bəzi regionlarda isə 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən 2-ci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov rayonu Ziya Bünyadov prospekti və Şahmar Ələkbərov küçəsinin bəzi əraziləri saat 09:00-dan 13:00-dək gərginliksiz qalacaq.

Planlı fasilə saat 10:00-dan 14:00-dək Ağdaş Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Yuxarı Ləki, Güvəkənd, Əmirarx kəndlərini əhatə edəcək. Ucar rayonunun Təzə Şilyan kəndində saat 10:00-dan 12:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA - Ölən və xəsarət alanlar var 10:41 Husilər vurdu, gəmilər körfəzin "boğazında qaldı" 10:37 Bakının bu mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır 10:27 FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq” 10:19 Ceksonun hərəkəti futbol azarkeşlərinin rəğbətini qazandı! 10:16 Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi 10:09 Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşıladı 10:01 Zverev üçün tarixi fiasko: Mənfi rekord rəsmiləşdi! 09:57 SON SUTKA: 6 mindən çox dron havaya qalxdı, döyüşlərin sayı 200-ü keçdi 09:54 Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində! 09:47 Bəzi rayonlarda yağış yağdı - FAKTİKİ HAVA 09:45 İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı! 09:32 “Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir 09:26 Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi! 09:24 Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım! 09:13 Bu ərazilərdə işıq olmayacaq 09:07 Filippində güclü zəlzələ baş verdi 08:47 MKİ Kubaya qarşı gizli əməliyyat qrupu yaratdı 08:43 Ukrayna PUA-ları Rusiyanın iri neft zavodunu vurdu – VİDEO 08:28 Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir 08:11 "Real Madrid" transfer rekordunu təzələdi - 140 milyon avroluq razılaşma! 01:41 Sevərək yediyimiz bu ikili hansı xəstəliklərə səbəb olur? 01:34 Avtomobil nəhəngləri kütləvi PUA istehsalına başladı 01:27 "Nyukasl"a yeni baş məşqçi təyin edildi 01:09 Avropa Mərkəzi Bankının prezidenti vəzifəsinə yeni NAMİZƏD 00:33 Bütün Xəbərlər