Boşanmaya aparan yol: Erkən nikahlar artmaqda davam edir

Boşanmaya aparan yol: Erkən nikahlar artmaqda davam edir
19.09.2025 16:48 Cəmiyyət

Azərbaycanda erkən nikah mövzusu hələ də cəmiyyətin gündəmində qalmaqda davam edir.

Son onilliklərdə bu sahədə müəyyən dalğavari dəyişikliklər müşahidə olunsa da, problem tam aradan qalxmayıb.

“Bu nikahlar bəzən ailələrarası ittifaqlar zəminində baş tutur”

Sosioloq Hüseyn İbrahimov mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, erkən nikah halları daha çox ucqar rayonlarda və çoxuşaqlı ailələrdə müşahidə olunur:

"Əksər hallarda erkən nikaha daxil olan qızların öz istəkləri yox, valideynlərin istəkləri daha çox rol oynayır. Bu nikahlar bəzən ailələrarası ittifaqlar zəminində baş tutur. Amma nəticə müxtəlif ziddiyyətlər, küsülülüklər, hətta boşanmalarla da yekunlaşa bilir".

“Ailə həyatına atılması onların gələcəyinə ciddi mənfi təsir edir”

Ekspertin sözlərinə görə, erkən nikahlar əksər hallarda sosial-iqtisadi çətinliklər yaradır. Məsələn, işsiz və ya miqrant həyat tərzi keçirən kişilərlə qurulan bu nikahlar çox zaman qızların psixoloji sarsıntı yaşamasına səbəb olur:

"Statistikalar göstərir ki, belə ailələrdə boşanma halları kifayət qədər yüksəkdir. Çünki hələ sosial peşə yönümünü müəyyənləşdirməmiş yeniyetmələrin ailə həyatına atılması onların gələcəyinə ciddi mənfi təsir edir".

Sosioloq əlavə edib ki, bu gün gənc qızların böyük əksəriyyəti erkən nikaha can atmır və bu proses daha çox valideynlərin təbliğatı nəticəsində baş verir.

"Valideynlər bilməlidirlər ki, erkən nikah həm qanunvericiliyin pozulmasıdır, həm də övladlarının həyatına ağır yük yükləməkdir. Ailə institutu indi qarşılıqlı əməkdaşlıq üzərində qurulur və buna görə də həddi-buluğa çatmamış şəxslərin məsuliyyətli ailə həyatına sürüklənməsi qəti yolverilməzdir", - deyə Hüseyn İbrahimov fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycanda nikah yaşı qadınlar və kişilər üçün 18 yaş müəyyən edilib. Lakin üzürlü səbəblər olarsa, müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə nikah yaşı bir ildən çox olmayaraq azaldıla bilər.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Boşanmaya aparan yol: Erkən nikahlar artmaqda davam edir — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Bütün Xəbərlər