Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi?

Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi?
15.06.2026 16:44 Cəmiyyət

“Azəriqaz” İB rəhbərliyinin işçilərə təqdim etdiyi fəxri fərmanlarda “Həmkarlar Təşkilatı hərakatında fəal iştirak edir” ifadəsi diqqət çəkir. Lakin sosial şəbəkədə paylaşılan videolardan biri bu ifadənin real məzmunu və praktikada necə əks olunduğu ilə bağlı sualları yenidən gündəmə gətirib.

TodayPress TV xəbər verir ki, qanunvericiliyə əsasən, Həmkarlar İttifaqı (Əmək Məcəlləsinin 309-cu maddəsi) əmək hüquqlarının qorunması və iş yerlərində əmək qanunvericiliyinə ictimai nəzarətin həyata keçirilməsi məqsədilə fəaliyyət göstərən qurumdur. İşçilərin əmək haqqından hər ay 1–2 faiz həcmində vəsaitin Həmkarlar İttifaqı hesabına köçürülməsi də bu fəaliyyətin maliyyə əsasını təşkil edir. Bir sıra hallarda bu tutulmaların işçilərin yazılı razılığı olmadan həyata keçirildiyi iddiaları da səsləndirilir.

13 iyun 2026-cı il tarixində “Azəriqaz” İB Həmkarlar İttifaqı Təşkilatının təşkilatçılığı ilə Qarabağa tur təşkil olunub. Bildirilib ki, turun bütün xərcləri təşkilat tərəfindən qarşılanıb və tur paketinə nəqliyyat, səhər yeməyi, nahar və şam yeməyi daxil olub.

Lakin tur iştirakçılarının iddialarına görə, vəd edilən xidmətlər tam şəkildə göstərilməyib. Məlumata əsasən, iştirakçılar yalnız günorta yeməyi ilə təmin olunublar. Təqdim edilən yeməyin isə kifayət qədər olmadığı, menyunun bir qədər kartof, bir neçə ədəd toyuq qanadı, salat və yarım litrlik qazlı içkidən ibarət olduğu bildirilir. İştirakçılar hətta çayın belə verilmədiyini qeyd edirlər.

Qeyd olunur ki, turda Lənkəran Regional Qaz İstismarı İdarəsinin təxminən 50 nəfərlik işçi kollektivi iştirak edib. İşçilər vəd edilən xidmətlərlə real vəziyyət arasında ciddi fərq olduğunu bildirərək narazılıqlarını ifadə ediblər.

Bütün bu hallar Həmkarlar İttifaqının fəaliyyətinə dair sualları daha da artırır. İşçilərin maaşından hər ay məcburi qaydada tutulduğu iddia edilən vəsaitlərin hara və necə xərcləndiyi, eləcə də qurumun real olaraq işçilərin hüquqlarını nə dərəcədə qoruduğu maraqlıdır.

Sözügedən videonu təqdim edirik: 

Xanım Musayeva

NEWS FEED
31 JULY 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 All News