Azərbaycanla Rusiya arasında qatar reysi bərpa edilir? – Vacib yenilik

Azərbaycanla Rusiya arasında qatar reysi bərpa edilir? – Vacib yenilik
01.07.2026 09:33 Cəmiyyət

Azərbaycan və Rusiyanın gömrük xidmətlərinin rəhbərləri mühüm görüş keçiriblər. Görüşdə sərhəd-keçid məntəqələrinin infrastrukturunun sinxronlaşdırılması, yüklərin daha operativ daşınmasının təmin edilməsi və sərhəddə yaranan sıxlığın azaldılması ilə bağlı məsələlər müzakirə olunub. Bu görüşdən sonra ictimaiyyətdə “Azərbaycan-Rusiya quru sərhədi açıla bilərmi?” sualı yenidən gündəmə gəlib. Bununla belə, rəsmi açıqlamalarda sərnişinlərin quru sərhədindən keçidinin bərpası ilə bağlı hər hansı qərar və ya konkret tarixə dair məlumat yer almayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan deputat Cavanşir Feyziyev deyib ki, sərhəd-keçid məntəqələrində infrastrukturun və prosedurların sinxronlaşdırılması hər iki tərəfə keçidin asanlaşdırılması və sürətləndirilməsi məqsədi daşıyır:

“Bu, ilk növbədə ölkələr arasında iqtisadi-ticari fəaliyyətlərin, o cümlədən yükdaşımaların və mal-əmtəə dövriyyəsinin artımına xidmət edir. İndiki rəqəmsallaşma dövründə bu proseslərin də modernləşdirilməsinə ehtiyac var. Dəyişikliklər sərnişinlərin də sərhədlər üzərindən hərəkətini asanlaşdıracaq və quru yol vasitəsilə vətəndaşların sərbəst hərəkəti bərpa olunduqdan sonra sərnişinlər də bu xidmətlərdən faydalanacaqlar”.


Cavanşir Feyziyev

Deputatın sözlərinə görə, sərhəd-keçid məntəqələrində infrastrukturun sinxronlaşdırılması sırf texniki məsələdir:

“Sərnişinlərin quru yol vasitəsilə sərhədi keçmək qaydaları isə daha çox siyasi və humanitar xarakerli məsələdir. Əvvəllər də bəyan edildiyi kimi, indiki halda mövcud vəziyyət təhlükəsizlik tədbirləri ilə bağlıdır. Ona görə də düşünürəm ki, bu məsələ ilə bağlı vaxtı çatanda hökumət tərəfindən ayrıca qərar qəbul olunacaq”.

Xatırladaq ki, may ayının 26-dan Bakı ilə Gürcüstan arasında dəmiryol vasitəsilə sərnişin daşımaları bərpa olub. Rusiya ilə oxşar prosesin baş tutacağı deyilir. İddialara görə, yaxın vaxtlarda Azərbaycan hökuməti Gürcüstan və Rusiya ilə quru sərhədləri tam şəkildə açmaq haqda qərar verə bilər.

TodayPress TV

PHOTOS

Azərbaycanla Rusiya arasında qatar reysi bərpa edilir? – Vacib yenilik — 1
NEWS FEED
15 AUGUST 2026
Moskvada yanacaq qıtlığı - Növbələrin “ucu-bucağı yoxdur” - VİDEO 20:02 Ucarda dəhşətli qəza - 6 nəfər yaralandı - FOTO 19:49 Ərdoğan Qəzza ilə bağlı: “Nə lazımdırsa, edəcəyik!” 19:20 İsrail ChatGPT-yə təlimat verdi: Qəzza ilə bağlı sualların cavablarına “əl gəzdirir” 19:12 Türkiyədə axtarılan cinayətkar Bakıda tapıldı 18:56 Paracüdoçumuz 10-cu dəfə Avropa çempionu oldu 18:38 Bakıda narkotacir saxlanıldı - ANBAAN GÖRÜNTÜLƏR 18:32 İran fransalı diplomatları gizli görüşdə “yaxaladı” 18:20 Məktəblər hansı tarixdə açılacaq? - RƏSMİ 18:09 Sabah çimərliklərdə temperatur necə olacaq ? 17:34 Deputatın oğlu dövlət hesabına Amerikada oxuyacaq 17:19 Polşada "F-35"lər də daxil 300-dən çox hərbi texnika küçələrə çıxdı 17:00 "Beşiktaş" bir futbolçusu ilə sağollaşdı 16:51 "Wildberries"ə bu dəfə klaviatura ilə hücum etdilər 16:46 Erməni KİV: Paşinyan 5 ilə 40 körpü tikəcək 16:15 İndoneziyada yenidən şiddətli zəlzələ oldu 16:07 Qətər 3 iranlı pilotu əsir götürüb 16:25 Amerikada ermənilər həbs olundu 16:01 BƏƏ: İran Hörmüzdə dəniz piratçılığı ilə məşğuldur 15:35 Həftə sonu üçün sarı və narıncı xəbərdarlıq edildi 15:22 Paracüdoçumuz İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazandı 15:12 İsrailin Livana hücumu: ölənlərin sayı 7 nəfərə çatdı 15:02 Husilər Yəmənə hücum etdi, bir nəfər öldü 14:22 İspaniyaya Seuta haqqında əvvəlcədən xəbərdarlıq edilmişdi ? 14:03 Emin Ağalarov “Sea Breeze”dəki uşaq ölümü ilə bağlı açıqlama verdi - FOTO 14:42 All News