Azərbaycan Milli QHT Forumu Anım Günü ilə bağlı bəyanat yayıb

Azərbaycan Milli QHT Forumu Anım Günü ilə bağlı bəyanat yayıb
26.09.2025 13:35 Cəmiyyət

Azərbaycan Milli QHT Forumu 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb.

TodayPress TV xəbər verir ki, bəyanatda bildirilir:

“Beş il əvvəl - 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusu “Dəmir yumruq əməliyyatı” kimi dünya hərb tarixinə düşən əks-hücum əməliyyatına başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə ərazilərimizin işğaldan azad olunması ilə nəticələndi, milli ləyaqət nümunəsinə çevrildi.

27 Sentyabr – Anım Günü Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinə yüksək ehtiramın təcəssümüdür. Şəhidlərimizin hünəri və qanı bahasına yazılan bu zəfər tarixi ədaləti təmin etdi, regional güc balansını Azərbaycanın xeyrinə dəyişdi, gələcək nəsillərə təhlükəsizlik və tərəqqini miras qoydu.

Biz fəxr edirik ki, şəhidlərimiz 44 günlük müharibənin gedişində Gəncə, Tərtər və Bərdə rayonlarında dinc əhaliyə qarşı raket hücumlarının qisasını döyüş meydanında aldı. Biz bundan sonra da şəhidlərimizin şərəfli həyat yolunu öyrənəcək və öyrədəcək, onların tarixi missiyasını unutmayacağıq.

2020-ci ildəki 44 günlük Vətən müharibəsi ərazi bütövlüyümüzü, 2023-cü il sentyabrın 19-20-də keçirilən əməliyyat dövlət suverenliyimizi tam bərpa etdi.

Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrinin icrasına nail oldu. Hazırda, azad edilmiş ərazilərdə dünyada bənzəri olmayan geniş bərpa və quruculuq işləri aparılır, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı həyata keçirilir.

Azərbaycan beynəlxalq hüququn prinsiplərinə – suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına sadiq qalaraq, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində qətiyyətli addımlar atır. Bu ilin 8 avqustunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzaladıqları Birgə Bəyannamə tarixi əhəmiyyət kəsb edir. Bu sənəd Azərbaycanın əsas ərazisi ilə Naxçıvan bölgəsi arasında maneəsiz bağlantının – Zəngəzur dəhlizinin reallaşmasını da təmin edəcək.

Bütün bunlar həm də şəhidlərimizin fədakarlığı, müharibə veteranlarımızın əzmi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, müdrik siyasəti, yaratdığı yeni reallığın nəticəsidir. Prezident İlham Əliyev müharibənin qalibi olduğu kimi, sülhün də müəllifidir.

Azərbaycan QHT-ləri qəhrəman şəhidlərimizin ailələrinə bundan sonra da müqəddəs əmanət kimi yanaşacaq.

Azərbaycan QHT-lərinin çətir təşkilatı olan Azərbaycan Milli QHT Forumu şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edir, onların ruhu qarşısında baş əyir”.

TodayPress TV

XƏBƏR LENTİ
15 AVQUST 2026
Azərbaycandan İndoneziyaya başsağlığı: “Yanınızdayıq!” 21:13 Ərdoğan Trampın F-35 sözünü tutmasını gözləyir 21:03 Dəhşətli hücum dalğası: Dnepropetrovskda 17 nəfər yaralandı 20:53 Əncir dərmək istəyirdi, həyatı faciəvi şəkildə sona çatdı 20:37 Şəkil başqa söz deyir, Tramp başqa - FOTO 20:20 Moskvada yanacaq qıtlığı - Növbələrin “ucu-bucağı yoxdur” - VİDEO 20:02 Ucarda dəhşətli qəza - 6 nəfər yaralandı - FOTO 19:49 Ərdoğan Qəzza ilə bağlı: “Nə lazımdırsa, edəcəyik!” 19:20 İsrail ChatGPT-yə təlimat verdi: Qəzza ilə bağlı sualların cavablarına “əl gəzdirir” 19:12 Türkiyədə axtarılan cinayətkar Bakıda tapıldı 18:56 Paracüdoçumuz 10-cu dəfə Avropa çempionu oldu 18:38 Bakıda narkotacir saxlanıldı - ANBAAN GÖRÜNTÜLƏR 18:32 İran fransalı diplomatları gizli görüşdə “yaxaladı” 18:20 Məktəblər hansı tarixdə açılacaq? - RƏSMİ 18:09 Sabah çimərliklərdə temperatur necə olacaq ? 17:34 Deputatın oğlu dövlət hesabına Amerikada oxuyacaq 17:19 Polşada "F-35"lər də daxil 300-dən çox hərbi texnika küçələrə çıxdı 17:00 "Beşiktaş" bir futbolçusu ilə sağollaşdı 16:51 "Wildberries"ə bu dəfə klaviatura ilə hücum etdilər 16:46 Erməni KİV: Paşinyan 5 ilə 40 körpü tikəcək 16:15 İndoneziyada yenidən şiddətli zəlzələ oldu 16:07 Qətər 3 iranlı pilotu əsir götürüb 16:25 Amerikada ermənilər həbs olundu 16:01 BƏƏ: İran Hörmüzdə dəniz piratçılığı ilə məşğuldur 15:35 Həftə sonu üçün sarı və narıncı xəbərdarlıq edildi 15:22 Bütün Xəbərlər