Azərbaycanda hər ev elektrik istehsal edə bilər? – İqtisadçıdan təklif

Azərbaycanda hər ev elektrik istehsal edə bilər? – İqtisadçıdan təklif
14.07.2026 15:35 Cəmiyyət

Dünyada alternativ enerji mənbələrinə keçid sürətlə davam edir. Bir çox ölkələrdə fərdi yaşayış evlərinin damlarında quraşdırılan günəş panelləri, ağıllı sayğaclar və enerji səmərəliliyi tədbirləri artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. 

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli mövzu ilə bağlı TodayPress TV-yə bildirib ki, alternativ enerji mənbələrinə keçid enerji təhlükəsizliyinin gücləndirilməsi və iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyır.


Onun sözlərinə görə, evlərin damlarında quraşdırılan günəş panelləri ilk növbədə vətəndaşların enerji xərclərinin azalmasına xidmət edir:

"Dünyada alternativ enerji mənbələrinə keçid təkcə ekoloji deyil, həm də iqtisadi və enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Günəş panellərinin geniş tətbiqi, ağıllı sayğacların quraşdırılması və enerji səmərəliliyinin artırılması həm dövlətə, həm vətəndaşlara, həm də ümumilikdə iqtisadiyyata uzunmüddətli müsbət təsirlər göstərir".

İqtisadçı əlavə edib ki, gün ərzində istehsal olunan elektrik enerjisi birbaşa ev təsərrüfatında istifadə oluna, artıq qalan hissə isə müvafiq mexanizm yaradıldığı halda elektrik şəbəkəsinə ötürülə bilər:

"Evlərin damında quraşdırılan günəş panelləri insanların elektrik enerjisinə olan xərclərini əhəmiyyətli dərəcədə azalda bilər. Gün ərzində istehsal olunan enerji birbaşa evdə istifadə edilir, artıq qalan hissə isə müvafiq sistem qurulduğu halda elektrik şəbəkəsinə ötürülə bilər. Bu, ailələrin enerji xərclərini aşağı salmaqla yanaşı, onların elektrik təchizatında daha müstəqil olmasına da şərait yaradır. Xüsusilə günəşli iqlimə malik ölkələrdə bu texnologiya daha səmərəli nəticə verir. Alternativ enerjidən istifadənin genişlənməsi dövlət büdcəsinə də müsbət təsir göstərər. Dövlət üçün isə günəş enerjisindən geniş istifadə elektrik istehsalında təbii qaz və digər yanacaq növlərinə olan daxili tələbatı azaldır. Nəticədə daha çox qaz ixraca yönəldilə bilər ki, bu da ölkəyə əlavə valyuta gəlirləri qazandırır. Eyni zamanda, yeni elektrik stansiyalarının tikintisinə olan ehtiyac azalır, enerji sisteminin yükü yüngülləşir və enerji təhlükəsizliyi güclənir".

Ekspert vurğulayıb ki, ağıllı sayğacların tətbiqi həm istehlakçıların, həm də enerji paylayıcı şirkətlərin işini asanlaşdırır.

"Ağıllı sayğaclar enerji istehlakının daha dəqiq uçotunu aparmağa imkan verir. İstehlakçılar nə qədər enerji istifadə etdiklərini real vaxt rejimində izləyə bilir, bu da israfçılığı azaldır. Elektrik paylayıcı şirkətlər isə şəbəkədə yaranan nasazlıqları daha operativ müəyyən edir, itkiləri azaldır və xidmət keyfiyyətini artırır. Elektrik enerjisinin oğurlanması və qeyri-qanuni qoşulmalarla mübarizə də daha səmərəli olur. Enerji səmərəliliyinin artırılması yalnız elektrik istehlakının deyil, ümumilikdə ailələrin kommunal xərclərinin azalmasına səbəb olur. Binaların istilik izolyasiyasının yaxşılaşdırılması, enerjiyə qənaət edən məişət avadanlıqlarından və LED işıqlandırmadan istifadə, müasir istilik və soyutma sistemlərinin tətbiqi elektrik və qaz sərfiyyatını azaldır. Bu isə həm ailə büdcəsinə qənaət edir, həm də ölkə üzrə ümumi enerji tələbatını aşağı salır".

Akif Nəsirli hesab edir ki, bu sahənin inkişafı əmək bazarında da yeni imkanlar yaradacaq.

"Günəş panellərinin quraşdırılması, texniki xidməti, enerji idarəetmə sistemlərinin tətbiqi və istehsalı üzrə yeni ixtisaslara ehtiyac yaranır. Bu da kiçik və orta sahibkarlığın inkişafına, yeni investisiyaların cəlb olunmasına və innovativ texnologiyaların yayılmasına töhfə verir. Alternativ enerjidən istifadənin ətraf mühitə təsiri də olduqca müsbətdir. Günəş enerjisindən istifadə nəticəsində istixana qazı emissiyaları azalır, havanın çirklənməsi aşağı düşür və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına töhfə verilir. Bu isə insanların sağlamlığına və yaşayış keyfiyyətinə müsbət təsir göstərir".

O, sonda Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu vurğulayaraq bildirib ki, ev təsərrüfatlarında günəş panellərinin quraşdırılmasının təşviqi, ağıllı sayğacların tətbiqinin genişləndirilməsi və enerji səmərəliliyi proqramlarının gücləndirilməsi ölkənin enerji sisteminin dayanıqlığını artırmaqla yanaşı, uzunmüddətli dövrdə həm dövlətin, həm də vətəndaşların xərclərinin azalmasına, iqtisadiyyatın daha rəqabətli inkişafına mühüm töhfə verə bilər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
14 JULY 2026
Tehrandan Trampa sərt XƏBƏRDARLIQ: Cavabımız qətiyyətli olacaq! 17:30 Yəməndən Səudiyyəyə ağır hədə: Dünyanın ən böyük neft emalı mərkəzi hədəfdə 17:23 Azərbaycanlı cərrah alman naziri əməliyyat etdi, qarşılığında ölkəsinə 40 milyon dollarlıq yardım aldı 17:15 Yaponiyada "fəlakət ssenarisi" işə düşdü, xəstəxanalar dolur 17:09 Ermənilər İlqar Mirzəyevlə Polad Həşimovun nəşini götürmək istədilər - Əsgərlər sinələrini düşmən artilleriyasının qabağına verdilər 17:05 BMW-dən TƏCİLİ geri çağırma qərarı – Hər an yana bilərlər 16:39 Ermənistan sürətlə qocalır, kiçilir 16:50 "Netanyahuya səs verməyin!": Ərəb şərhçilərindən israilli seçicilərə müraciət 16:43 Azad edilmiş ərazilərdə qadınların məşğulluğu niyə geridə qalır? - AÇIQLAMA 16:37 Lavrov son anda Türkiyəyə müraciət etdi - "Biz qaz göndəririk, Ukrayna bombalayır"... 16:34 Rusiyada hakimiyyət dəyişikliyinin ayaq səsləri eşidilir - Pekin kəşfiyyatı özünü ələ verdi 16:16 Ukraynada hərbi vəziyyət 20-ci dəfə uzadıldı 16:26 Dünya üçüncü savaşa hamilə: Afrikada dünya müharibəsi çıxacaq 15:54 Qırğızıstan yanacaq ixracını qadağan etdi 15:46 İran bütün qonşuları təhdid etdi - ölkəmizi nə gözləyir? 15:42 Azərbaycanda hər ev elektrik istehsal edə bilər? – İqtisadçıdan təklif 15:35 Azərbaycan ərazisindən istifadəyə görə nə qədər pul ödənilir? 15:28 PSJ Luka Dinlə üçillik müqavilə imzalayacaq 15:19 Prezidentlər bir-birinə, görün, nə hədiyyə etdi - VİDEO 15:11 Hazırda bir qrup dələduz fəaliyyət göstərir - İnsanları belə aldadırlar 15:10 Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 2 11:00 İran şəhərlərində ardıcıl partlayış səsləri eşidilir: Ölənlər var 14:45 Liderlər Ağdamda məktəb binasının təməlini qoydular - FOTOLAR 14:37 Prezidentin maşınında selfi çəkdi - FOTO 14:33 TƏCİLİ: Kreml Azərbaycana qarşı – Bakının Ukraynanı müdafiə etməsi imperiyanı dilə gətirdi 14:15 All News