Azərbaycan bu radarlarla itkin düşən 4 min nəfəri axtarır

Azərbaycan bu radarlarla itkin düşən 4 min nəfəri axtarır
30.06.2026 13:08 Cəmiyyət

Azərbaycan itkin şəxslərin axtarışı üçün xüsusi yeraltı radarlar alacaq. Belə ki, 2027-ci ildə xüsusi yeraltı radarla müşahidə sistemlərinin alınması planlaşdırılır.

Bəs nədir bu radar sistemi və axtarış prosesi necə olur?

Bu tip sistemlər artıq bir neçə Skandinaviya ölkəsində uğurla sınaqdan keçirilib. Onlar insan qalıqları da daxil olmaqla böyük yeraltı obyektləri aşkar etməyə imkan verir.

Yeraltı radarlar, yəni GPR torpağın altını qazmadan, daxilini araşdırmağa, vizuallaşdırmağa kömək edir. Məlumatlara görə, bu sistemin işləmə prinsipi əslində radiolokasiyaya əsaslanır. Yəni cihaz torpağın altına elektromaqnit dalğalar göndərir, yerin müxtəlif qatlarında hərəkət edərkən daş, metal, boşluq və ya bioloji qalıqlara rast gəldikdə əks olunaraq geri qayıdır. Radarın qəbuledicisi qayıdan siqnalları qeydə alır və xüsusi proqram təminatı vasitəsilə ekranda 3D vizuallar və ya qrafiklər formalaşdırır.

Burada əsas məqam odur ki, radar birbaşa həmin obyektin nə olduğunu göstərmir. Dünya təcrübəsinə nəzər salsaq, bu texnologiyanın münaqişə görmüş və ya tarixi araşdırmalar aparan bir çox ölkədə uğurla tətbiq edildiyini görərik.

Məsələn Skandinaviya ölkələri bu texnologiyanın istehsalçılarıdır və ondan çətin relyeflərdə, donmuş torpaqlarda və bataqlıqlarda gizli qalıqların tapılması üçün istifadə edirlər. Bundan başqa, 1990-cı illərdəki müharibədən sonra Bosniya və Herseqovonada minlərlə itkin şəxsin kütləvi məzarlıqlarının aşkarlanmasında məhz bu radarlar həlledici rol oynayıb. Kolumbiyada daxili münaqişə qurbanlarının, Kanadada isə köhnə internat məktəblərinin ərazisində gizli şəkildə basdırılmış yerli xalqların uşaqlarına aid qalıqların tapılması prosesində bu sistemlərdən geniş istifadə olunub.

Azərbaycan üçün bu texnologiyanın alınması olduqca strateji bir addımdır. İşğaldan azad edilən ərazilərdə birinci Qarabağ müharibəsindən qalan 4000-ə yaxın itkin şəxsin olduğu məlumdur. Qarşı tərəf kütləvi məzarlıqların dəqiq koordinatlarını vermədiyi və ərazilər minalarla çirkləndiyi üçün geniş sahələri qarış-qarış qazmaq həm təhlükəli, həm də uzun zaman alan bir prosesdir. 

Gələn il alınması planlaşdırılan bu yeraltı radarlar axtarış prosesini hədəfəyönümlü edərək həm vaxta qənaət yaradacaq, həm də illərdir yaxınlarından xəbər gözləyən yüzlərlə ailənin taleyinə daha tez aydınlıq gətirəcək.

Türkan İsgəndərli

NEWS FEED
30 JUNE 2026
Toza, palçığa və çirklənməyə meydan oxuyan silah: SIG516 platformasının 15 illik qlobal uğur xronikası 17:49 Arazdan sonra Azərbaycanın ən böyük dərdi Şəhriyarın Bakıya qovuşmaması idi... 17:46 Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı 17:33 Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi 17:19 Dəmir çatışmazlığı necə hiss olunur? Əlamətlər və dəstəkləyici təbii yollar 16:05 Kiberpolis qanunsuz mərc oyunları təşkil edən cinayətkar dəstəni ifşa etdi 17:11 İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı 16:59 İran XİN Qalibafın Azərbaycana səfərini dəyərləndirdi 16:44 Prezidentdən Korrupsiya ilə bağlı MÜHÜM ADDIM: Bundan sonra... 16:26 DTX-yə strateji obyektlərlə bağlı yeni səlahiyyət verildi 16:22 Azərbaycan Prezidenti bu ölkənin əhalisini sevindirdi 16:17 Süni intellektlə bağlı Birinci Xanım şəxsən təşəbbüs göstərdi - AÇIQLAMA 16:05 Bu günün 1/16 final mərhələsinin oyunları açıqlandı 16:07 Xamenei atasının dəfnində iştirak edəcək? - RƏSMİ 15:49 “Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir 15:44 Polikistik over sindromu: qadınlarda əlamətlər və təbii dəstək üsulları 15:42 Mehriban Əliyeva prosesləri qabaqladı - Azərbaycan bu ölkələrin aqibətini yaşamayacaq 15:36 Yeni peşə təhsili ixtisasları yaradıldı - SİYAHI 15:25 Bu ölkə baş nazirlərin “başını yeyir” 14:50 Azərbaycanın şəhid verdiyi itkinlərin kimlikləri açıqlandı 15:08 Nə qədər qaz verə biləcəyik? - Avropanın gözü yolda 14:57 Fərizənin İlhama sevgisi gəncliyin ən böyük gününə çevrildi — İmperiya məhəbbətə atdığı güllənin qurbanı oldu 14:52 Xocalıda əhalini güllələyərək Ermənistana rəhbər oldu — Azərbaycan onu axtarır — Qatil prezidentin dosyesi 14:47 Lyayen hər kəsi şoka salan rəqəmi açıqladı: Brüssel Kiyevə kosmik büdcə ayırdı 14:31 "Turan" "Fənərbağça"nı belə razı salıb - Türkiyə nəhəngi Tovuza gəlir 14:28 All News