Bahar Muradova: "Dayanıqlı Sülhə çoxtərəfli müəlliflik onun ən böyük zəmanəti kimi çıxış edir"

Bahar Muradova: "Dayanıqlı Sülhə çoxtərəfli müəlliflik onun ən böyük zəmanəti kimi çıxış edir"
09.08.2025 17:02 Cəmiyyət

“Mənim fikrimcə, ən vacib məsələlərdən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi ilə əldə edilmiş Böyük Zəfərin, Dayanıqlı Sülhün də qazanılması üçün əsas olmasıdır. Vaşinqton Sülh Platforması bu sülhün yalnız regionumuz üçün deyil, həm də qlobal miqyasda əhəmiyyətini bir daha vurğuladı”.

TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri qeyd edib ki, Vaşinqton görüşündə diqqətçəkən məqamlardan biri Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Trampın bir sıra fundamental dəyərlər üzrə ortaq mövqedə olması idi.

"Hər iki lider ailə institutunu yalnız milli kimliyin deyil, həm də sosial dayanıqlığın əsas sütunu kimi görür. Onlar üçün ailə dəyərlərinin qorunması, gənclərin sağlam mühitdə böyüməsi və uşaq hüquqlarının təmin olunması, dövlətin gələcəyinə yönəlmiş strateji siyasətin ayrılmaz hissəsidir.

Donald Trampın siyasi baxışlarında ailə institutunun güclənməsinə və müharibələrin əleyhinə mövqeyinə verdiyi önəm, İlham Əliyevin də siyasi prioritetləri ilə üst-üstə düşür. Hər iki lider anlayır ki, insan amilinin inkişafı, təhsildən sosial müdafiəyə qədər bütün sahələrdə ailənin möhkəmlənməsi ilə sıx bağlıdır. Azərbaycanın multikultural dəyərlərin qorunmasına, sosial rifahın artırılmasına və post-münaqişə dövründə ailələrin bərpasına verdiyi önəm, ABŞ-ın dəstəklədiyi universal humanitar prinsiplərlə uyğunluq təşkil edir".

B.Muradovaya görə, geosiyasi və təhlükəsizlik baxımından Qafqaz regionu tarixən böyük güclərin maraqlarının kəsişdiyi strateji məkan olub.

"Burada davamlı sülhün yaradılması yalnız regional liderlərin deyil, həm də beynəlxalq tərəfdaşların aktiv əməkdaşlığını tələb edir. Vaşinqton görüşündə İlham Əliyev və Donald Trampın ortaya qoyduğu ortaq mövqe, təhlükəsizlik arxitekturasının yalnız çoxtərəfli siyasi zəmanətlə möhkəmlənə biləcəyini göstərdi.

Zəngəzur dəhlizinin açılması perspektivi bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Bu layihə təkcə iqtisadi əlaqələri genişləndirməyəcək, həm də regionda sabitliyi möhkəmləndirəcək. ABŞ-ın siyasi dəstəyi, dəhlizin qlobal ticarət xəritəsində strateji mövqeyə sahib olmasını təmin edəcək.

Diplomatik və beynəlxalq münasibətlər kontekstində Vaşinqtonda əldə olunan razılaşma, sülh prosesinin yalnız iki tərəfin deyil, çoxtərəfli siyasi iradənin məhsulu olduğunu bütün dünyaya nümayiş etdirdi. İlham Əliyevin qətiyyəti və Donald Trampın diplomatik çəkisi, “lider-lider” sinerjisinin real nümunəsinə çevrildi. Bu yanaşma göstərdi ki, sülhün davamlılığı üçün təkcə region dövlətlərinin razılığı kifayət etmir — qlobal güclərin də siyasi zəmanəti vacibdir".

O, həmçinin ABŞ-nin iştirakının, Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa tam uyğun olduğunu və ədalətli sülhün təmininə yönəldiyini təsdiqlədiyini diqqətə çatdırıbBu, həm də regiondakı sülhün qlobal siyasi sabitliyə inteqrasiyasını təmin edən amil kimi çıxış edir.

"Strateji tərəqqi və insan kapitalının inkişafı məsələsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindəndir. Odur ki, Vaşinqton razılaşması yalnız hərbi münaqişənin bitməsi deyil, həm də yeni iqtisadi imkanlar, texnoloji əməkdaşlıq və təhsil layihələri deməkdir. ABŞ-ın texnoloji və innovativ potensialı ilə Azərbaycanın gənc və dinamik insan kapitalının sinerjisi, post-münaqişə dövründə ölkənin sürətli inkişafına zəmin yaradacaqdır".

B.Muradovaya görə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həmçinin region gənclərinin əmək bazarına çıxış imkanlarını genişləndirəcək, yeni biznes və startap ekosistemlərinin yaranmasına şərait yaradacaq.

"Donald Trampın bu layihəyə verdiyi dəstək, onu təkcə iqtisadi deyil, həm də sülhün möhkəmləndirilməsinə yönəlmiş qlobal təşəbbüs kimi dəyərləndirməyə imkan verir.

Vaşinqton görüşü, Azərbaycanın müstəqil siyasətinin, İlham Əliyevin prinsipial liderliyinin və Donald Trampın diplomatik çəkisinin birləşərək, həm regional, həm də qlobal miqyasda sülhün bünövrəsini yaratdığını sübut etdi. Hazırda Dayanıqlı Sülhə çoxtərəfli müəlliflik onun ən böyük zəmanəti kimi çıxış edir", - deyə Sədr fikrini yekunlaşdırıb.

XƏBƏR LENTİ
16 IYUN 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Bütün Xəbərlər