AZAL əlverişsiz hava şəraiti ilə bağlı Bakı-Moskva reysini təxirə saldı

AZAL əlverişsiz hava şəraiti ilə bağlı Bakı-Moskva reysini təxirə saldı
09.01.2026 13:50 Cəmiyyət

Əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq Azərbaycan Hava Yolları (AZAL) Moskva istiqaməti üzrə yerinə yetirilən reyslərin icrasında müvəqqəti dəyişikliklər edib.

AZAL-dan TodayPress TV-yə verilən məlumata görə, Bakı – Moskva (Vnukovo) – Bakı marşrutu üzrə J2-805 və J2-806 nömrəli reyslər ləğv olunub.

Məlumata görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə AZAL mövcud qaydalara uyğun şəkildə operativ tədbirlər görüb. Sərnişinlərə alternativ uçuş imkanları təqdim olunub, müvafiq hallarda isə biletlərin dəyəri geri qaytarılıb.

Ləğv edilmiş reyslərin sərnişinlərinin bir qismi AZAL-ın J2-809 və J2-810 nömrəli reysləri ilə təyinat məntəqəsinə daşınıb. Moskvada olan və alternativ uçuşlardan istifadə etməyən sərnişinlər üçün isə bilet vəsaitinin geri qaytarılması təmin edilib.

Azərbaycan Hava Yolları yaranmış vəziyyətə görə üzr istəyir və göstərdikləri anlayışa görə sərnişinlərinə təşəkkürünü bildirir.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 All News