Azad edilmiş ərazilərdə qadınların məşğulluğu niyə geridə qalır? - AÇIQLAMA

Azad edilmiş ərazilərdə qadınların məşğulluğu niyə geridə qalır? - AÇIQLAMA
14.07.2026 16:37 Cəmiyyət

İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yanaşı, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı da mərhələli şəkildə davam edir. Yeni yaşayış məntəqələrində yaradılan məşğulluq imkanlarının əsasən tikinti, infrastruktur və təhlükəsizlik sahələrində cəmləşməsi isə qadınların əmək bazarına inteqrasiyası məsələsini yenidən gündəmə gətirir.

İqtisadçı Günay Hüseynova TodayPress TV-yə bildirib ki, hazırkı mərhələdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin xüsusiyyəti səbəbindən əmək bazarında daha çox kişi əməyinə ehtiyac yaranır.


Onun sözlərinə görə, bölgələrdə hazırda əsas diqqət tikinti, bərpa və infrastrukturun qurulmasına yönəlib.

"Məlumdur ki, işğaldan azad edilmiş ərazilərdə tikinti, bərpa və restavrasiya işləri görülür. Bununla yanaşı, köç və yaşayış prosesi də davam edir. Tikinti və təmir işlərinin üstünlük təşkil etməsi bu mərhələdə kişilərin əmək bazarında daha çox təmsil olunmasına səbəb olur".

İqtisadçı vurğulayıb ki, bu, qadınların həmin ərazilərdə ümumiyyətlə işləmədiyi anlamına gəlmir:

"Təbii ki, qadınların da çalışdığı sahələr var həmin ərazidə. Lakin qeyd etdiyim kimi, hazırda tikinti və bərpa işləri üstünlük təşkil etdiyi üçün elə düşünülür ki, işğaldan azad edilmiş ərazilərdə qadınlar yalnız ev təsərrüfatı ilə məşğul olurlar".

Günay Hüseynova hesab edir ki, uzunmüddətli perspektivdə bölgələrdə iqtisadi həyatın tam formalaşması üçün qadınların da əmək bazarında daha fəal iştirakına şərait yaradılmalıdır. 

Onun fikrincə, bərpa mərhələsi başa çatdıqca təhsil, səhiyyə, xidmət, ticarət, turizm, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə yeni iş yerlərinin yaradılması qadın məşğulluğunu artıracaq və regionların iqtisadi inkişafına əlavə töhfə verəcək.

Türkan İsgəndərli

TodayPress TV

PHOTOS

Azad edilmiş ərazilərdə qadınların məşğulluğu niyə geridə qalır? - AÇIQLAMA — 1
NEWS FEED
14 JULY 2026
Qarabağ separatçılarının apellyasiya prosesi davam edir 18:39 İran İordaniyaya raket zərbələri endirir - TƏCİLİ 18:30 Ukrayna ilk dəfə bu silahları alacaq - Fransa dəstək olur 18:21 Bu yollarda tıxac var - SİYAHI 18:09 Vaxt çatdı! - Almaniya Rusiya və Ukraynaya çağırış etdi 17:52 "Beşiktaş" Leandro Trossardın transferini açıqladı 17:43 Tehrandan Trampa sərt XƏBƏRDARLIQ: Cavabımız qətiyyətli olacaq! 17:30 Yəməndən Səudiyyəyə ağır hədə: Dünyanın ən böyük neft emalı mərkəzi hədəfdə 17:23 Azərbaycanlı cərrah alman naziri əməliyyat etdi, qarşılığında ölkəsinə 40 milyon dollarlıq yardım aldı 17:15 Yaponiyada "fəlakət ssenarisi" işə düşdü, xəstəxanalar dolur 17:09 Ermənilər İlqar Mirzəyevlə Polad Həşimovun nəşini götürmək istədilər - Əsgərlər sinələrini düşmən artilleriyasının qabağına verdilər 17:05 BMW-dən TƏCİLİ geri çağırma qərarı – Hər an yana bilərlər 16:39 Ermənistan sürətlə qocalır, kiçilir 16:50 "Netanyahuya səs verməyin!": Ərəb şərhçilərindən israilli seçicilərə müraciət 16:43 Azad edilmiş ərazilərdə qadınların məşğulluğu niyə geridə qalır? - AÇIQLAMA 16:37 Lavrov son anda Türkiyəyə müraciət etdi - "Biz qaz göndəririk, Ukrayna bombalayır"... 16:34 Rusiyada hakimiyyət dəyişikliyinin ayaq səsləri eşidilir - Pekin kəşfiyyatı özünü ələ verdi 16:16 Ukraynada hərbi vəziyyət 20-ci dəfə uzadıldı 16:26 Dünya üçüncü savaşa hamilə: Afrikada dünya müharibəsi çıxacaq 15:54 Qırğızıstan yanacaq ixracını qadağan etdi 15:46 İran bütün qonşuları təhdid etdi - ölkəmizi nə gözləyir? 15:42 Azərbaycanda hər ev elektrik istehsal edə bilər? – İqtisadçıdan təklif 15:35 Azərbaycan ərazisindən istifadəyə görə nə qədər pul ödənilir? 15:28 PSJ Luka Dinlə üçillik müqavilə imzalayacaq 15:19 Prezidentlər bir-birinə, görün, nə hədiyyə etdi - VİDEO 15:11 All News