AYNA yeni marşrutları vətəndaşların ixtiyarına verdi

AYNA yeni marşrutları vətəndaşların ixtiyarına verdi
15.08.2026 14:06 Cəmiyyət

Bakı metrosunda "28 May-Nizami" xəttində hərəkətin dayanması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təşkil olunan 6 yeni ekspress marşrut xətti fəaliyyət göstərir.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov jurnalistlərə açıqlamasında deyib.

“Bu gün Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətində xətlərin ayrılması layihəsinə start verildiyinə görə vətəndaşlarımız aktiv şəkildə bu ekspress marşrut xətlərinin imkanlarından istifadə edirlər. 28 May Nəqliyyat Mübadilə Mərkəzində M1, M2 və M3 nömrəli üç ekspress marşrut xətti fəaliyyət göstərir. M1 nömrəli ekspress marşrut xətti İnşaatçılar metrostansiyasını 28 May Nəqliyyat Mübadilə Mərkəzi ilə, M3 nömrəli ekspress marşrut xətti 20 Yanvar metrostansiyasını 28 May Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Xüsusilə qeyd edim ki, M1 nömrəli ekspress marşrut xətti və M3 nömrəli ekspress marşrut xətti həm Elmlərdən, həm 20 Yanvardan Nəqliyyat Mübadilə Mərkəzinə gələn nəqliyyat avtobuslar aralıq dayanacaq olaraq Nizami metrostansiyasının qarşısında saxlayır vətəndaşlar burada da minib və düşə bilərlər”,- o bildirib.

Onun sözlərinə görə, M4, M5 və M6 nömrəli üç əlavə ekspress marşrut xətti də təşkil olunub: “M4 və M5 20 Yanvar metrostansiyasından hərəkət edir. M4 20 Yanvar metrostansiyasını Koroğlu metrostansiyası ilə, M5 isə 20 Yanvar metrostansiyasını Gənclik metrostansiyasına əlaqələndirir. Nəhayət, M6 nömrəli ekspress marşrut xətti Elmlər Akademiyası metrostansiyasından artıq Gənclik metrostansiyasına hərəkət edir ki, buradan da vətəndaşlar bu ekspress marşrut xətlərindən imkanlarından yararlanaraq o istiqamətə hərəkət edəcəklər”.

AYNA rəsmisi sonda vətəndaşlara da müraciət edib:

“Biz buradan vətəndaşlarımıza müraciət edirik ki, səfərlərini planlayan zaman öncədən istiqamətlərini düzgün qiymətləndirsinlər və bu ekspress marşrut xəttlərinin imkanlarından düzgün yararlansınlar. Əsas qayəmiz insanların səfər sayını minimuma endirməkdir. Bundan savayı, mövcud olan 20 müntəzəm avtobus marşrut xəttlərinə əlavə avtobuslar, 100-ə yaxın avtobus cəlb olunub ki, xəttlərdə avtobusların sayı artırılsın və əlçatanlıq artsın, insanlar rahat şəkildə avtobuslardan istifadə edə bilsinlər. Vətəndaşlara kömək məqsədilə bu gündən nəqliyyat könüllüləri də fəaliyyətə başlayıb. Onlar 20 Yanvar, 28 May, Elmlər Akademiyası və İnşaatçılar metrostansiyasının qarşısında duraraq vətəndaşlarımıza məlumat verirlər”,- Tural Orucov bildirib.

NEWS FEED
15 AUGUST 2026
Amerikada ermənilər həbs olundu 16:01 BƏƏ: İran Hörmüzdə dəniz piratçılığı ilə məşğuldur 15:35 Həftə sonu üçün sarı və narıncı xəbərdarlıq edildi 15:22 Paracüdoçumuz İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazandı 15:12 İsrailin Livana hücumu: ölənlərin sayı 7 nəfərə çatdı 15:02 Husilər Yəmənə hücum etdi, bir nəfər öldü 14:22 İspaniyaya Seuta haqqında əvvəlcədən xəbərdarlıq edilmişdi ? 14:03 Emin Ağalarov “Sea Breeze”dəki uşaq ölümü ilə bağlı açıqlama verdi - FOTO 14:42 İndoneziyada zəlzələdə həlak olanların sayı açıqlanıb - YENİLƏNDİ 09:12 Neftçi ABŞ-dən olan basketbolçu ilə heyətini yenilədi 13:39 Sabah hava necə olacaq ? - PROQNOZ 13:25 AYNA yeni marşrutları vətəndaşların ixtiyarına verdi 13:19 Azərbaycan XİN Konqonu Milli Günü münasibətilə təbrik etdi 13:10 Azərbaycan XİN Lixtenşteyni təbrik etdi 13:05 “Qarabağ”a uduzan “Dinamo”da qalmaqal: Yarmolenko stadiona getməkdən imtina edib 12:59 Xankəndi bu Avropa şəhəri ilə qardaşlaşır 12:54 İsrail Ordusu Livanı vurdu: ölənlər var 12:46 Ukraynanın “Patriot” ehtiyatı tükənir: NATO çıxış yolu tapa bilmir 12:37 İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarıldı 12:21 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 12:17 İspaniyada zəlzələ - Evlərə və maşınlara ziyan dəydi - VİDEO 12:08 Bakıda TIR aşdı: Dizel yola dağıldı - VİDEO 12:04 Bakı metrosunda 11 aylıq dəyişiklik: sərnişinləri nə gözləyir? 11:37 Bakıda yük avtomobili aşdı 11:30 Paracüdoçumuz Avropa çempionatında medal qazandı 11:45 All News