Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşdü

Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşdü
17.06.2025 20:20 Xarici siyasət

İyunun 17-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Baş Ombudsmanı Mehmet Akarca arasında görüş keçirilib.

TodayPress TV xəbər verir ki, qonağı salamlayan Baş prokuror Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinə əsaslanan iki qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulamış, Azərbaycan və Türkiyə prezidentləri – cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı etimada əsaslanan siyasi iradəsi nəticəsində bu əlaqələrin dünyada bənzəri olmayan səviyyəyə yüksəldiyini bildirib.

Baş prokuror ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən olunduğunu qeyd edərək,  bu istiqamətdə qəbul olunmuş dövlət proqramları və strateji sənədlərin sistemli fəaliyyətin əsasını təşkil etdiyini bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Mehmet Akarca müxtəlif illərdə Ankarada, İstanbulda, Bakıda və Naxçıvanda keçirilmiş çoxsaylı görüşlər, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində qurulan səmərəli dialoq ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Kamran Əliyev ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi və insan hüquqlarının qorunması sahəsindəki xidmətlərinə görə Mehmet Akarcanı Azərbaycan Prokurorluğunun 100 illiyi yubiley medalı ilə təltif edib.

XƏBƏR LENTİ
30 IYUL 2026
Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 Bütün Xəbərlər