Sahibə Qafarova Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri ilə görüşdü

Sahibə Qafarova Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri ilə görüşdü
11.06.2025 21:25 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Ziya Öztürkler ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən TodayPress TV-ə bildirilib ki, görüşdə Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanın ŞKTC-yə dəstəyinə görə təşəkkür edib və bunu çox yüksək qiymətləndirdiklərini bildirib.

O, Türk dünyasının bir parçası olaraq, TÜRKPA-nın XIV plenar iclasında iştirakdan məmnunluğunu bildirərək, Azərbaycan Milli Məclisinin sədrliyi ilə TÜRKPA-nın uğurlu fəaliyyətinin təşkilatın daha da güclənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova Türk dünyasının birləşməsi istiqamətində göstərilən səyləri qeyd edərək, bu baxımdan TÜRKPA çərçivəsində fəal əməkdaşlığın parlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib. Spiker Sahibə Qafarova Türk dünyasının gücləndirilməsinin, Türk dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu qeyd edərək, Prezident İlham Əliyevin bu barədə səsləndirdiyi fikirləri və atdığı addımları diqqətə çatdırıb.

Görüşdə parlamentlərdə mövcud olan dostluq qruplarının əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclasının və orada müzakirəsi nəzərdə tutulan məsələlərin təşkilatın gələcək fəaliyyətində önəminə dair fikirlər səsləndirilib, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
30 IYUL 2026
Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Bütün Xəbərlər