Sahibə Qafarova Matviyenko ilə görüşdü

Sahibə Qafarova Matviyenko ilə görüşdü
16.04.2026 15:58 Xarici siyasət

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Spiker Sahibə Qafarova PAİ və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ) kimi beynəlxalq platformaların əhəmiyyətini vurğulayıb.

Milli Məclisin sədri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb, parlamentlərarası əlaqələrin rolundan danışıb. O, bildirib ki, bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub və parlamentarilərimiz həm ikitərəfli tədbirlərdə fəal iştirak edirlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində müsbət qarşılıqlı fəaliyyət göstərirlər.

Dünən Rusiya və Azərbaycan xarici işlər nazirliklərinin Azərbaycan təyyarəsinin 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması barədə birgə bəyanatına toxunan Valentina Matviyenko baş vermiş bədbəxt hadisənin nəticələrinin tənzimlənməsinin əhəmiyyətini qeyd edib və bir daha başsağlığını çatdırıb. Federal Şuranın sədri İrandakı müharibə fonunda Rusiya vətəndaşlarının İrandan təhlükəsiz şəkildə çıxarılması üçün Azərbaycanın göstərdiyi yardıma görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyevlə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bu görüşlər barədə təəssüratlarını bölüşüb.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova iki ölkənin xarici işlər nazirliklərinin sonuncu bəyanatının əhəmiyyətini vurğulayıb.

Görüşdə xalqlarımız arasında mədəni, humanitar əlaqələrə də toxunulub, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışılıb.

Söhbətdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Bütün Xəbərlər