Sahibə Qafarova “Enerji Keçidi” mövzusunda sessiyada çıxış etdi

Sahibə Qafarova “Enerji Keçidi” mövzusunda sessiyada çıxış etdi
07.11.2025 22:30 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Braziliya Federativ Respublikasının Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində “Enerji Keçidi” mövzusunda tematik sessiyada çıxış edib.

TodayPress TV xəbər verir ki, parlamentin spikeri çıxışında qeyd edib ki, təmiz enerjiyə keçidin sürətləndirilməsi istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişikliyinə qarşı mübarizə aparılması və dayanıqlı inkişafın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün indiyədək əldə olunmuş nailiyyətlər əsasında ardıcıl və qətiyyətli səylər göstərilməlidir. Bununla yanaşı, enerji istehsalı, paylanması və istehlakı sahəsində köklü transformasiyanın həyata keçirilməsi tələb olunur ki, bu da həm qlobal ehtiyacların ödənilməsinə, həm də iqlim dəyişikliyinin yaratdığı çağırışların effektiv şəkildə həll olunmasına xidmət etməlidir.

Milli Məclisin sədri xatırladıb ki, enerji keçidi COP29 sədrliyinin fəaliyyətində əsas prioritetlərdən biri olub. Azərbaycan Beynəlxalq Enerji Agentliyi ilə birgə dörd Yüksək Səviyyəli Enerji Keçidi Dialoqu təşkil edib, dünyanın müxtəlif regionlarından tərəfdaşları bir araya gətirib. Bu müzakirələr enerji sahəsində gündəliyin formalaşdırılmasına istiqamət verib. Nəticə etibarilə, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO), Avropa İqtisadi Komissiyası (UNECE), Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə sıx əməkdaşlıq çərçivəsində COP29 sədrliyi üç mühüm enerji təşəbbüsünü təqdim edib: Qlobal Enerji Saxlancı və Şəbəkələri Vədi, Yaşıl Enerji Zonaları və Dəhlizləri Vədi və COP29 Hidrogen Bəyannaməsi.

Milli Məclisin sədri deyib ki, bu təşəbbüslər Paris Sazişi çərçivəsində aparılmış ilk Qlobal Qiymətləndirmədən əldə olunan nəticələrə və mövcud öhdəliklərə əsaslanır, icra boşluğunun aradan qaldırılmasının və təxirəsalınmaz addımların zəruriliyini əks etdirir.

Çıxışda həmçinin qeyd olunub ki, hər bir təşəbbüs təmiz enerji infrastrukturu, tətbiqi, saxlanması, ötürülməsi və paylanması sahəsində strateji prioritetləri hədəfləyir. Onlar bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində məqsədlər üzrə tərəqqini sürətləndirməyə, əməkdaşlığı gücləndirməyə və praktik tədbirlərin həyata keçirilməsinə dair siyasi iradəni möhkəmləndirməyə yönəlib. Spikerin bildirdiyinə görə, bu təşəbbüslər həm də innovasiyaların təşviqi, texnologiya transferi, enerji şəbəkələrinin qarşılıqlı əlaqəsinin təkmilləşdirilməsi və yeni investisiya mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur. Əsas məqsəd isə hər bir ölkə və icmanın bu prosesdə ədalətli və bərabər şəkildə iştirakının təmin olunduğu enerji keçidinə nail olmaqdır.

Milli Məclisin sədri çıxışında həmçinin ölkəmizdə bərpaolunan enerji istehsalının genişləndirilməsi istiqamətində görülən işlər və əldə olunan uğurlar barədə də məlumat verib. O deyib ki, Azərbaycan təmiz enerji siyasətini ardıcıl şəkildə həyata keçirərək enerji balansında bərpa olunan enerjinin payını artırmaqdadır və ölkəmiz bərpa olunan enerjinin inkişafı sahəsində lider dövlətlərdən birinə çevrilməkdədir.

Bərpa olunan enerji resurslarımızın texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt, bu resursların iqtisadi potensialı isə təxminən 27 QVt səviyyəsində qiymətləndirilir. Hazırda bərpa olunan enerjinin payı ümumi quraşdırılmış enerji gücünün təxminən 18,8 faizini təşkil edir ki, bu da təqribən 1,8 QVt-a bərabərdir. 2027-ci ilə qədər ümumi gücü 2 QVt-dan artıq olan yaşıl enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Eyni zamanda qeyd olunub ki, 2030-cu ilə qədər ölkəmizdə istehsal edilən enerjinin təxminən 40 faizinin bərpa olunan enerji mənbələrindən əldə olunması nəzərdə tutulur.

Parlamentin spikeri deyib ki, təmiz enerji sahəsinə bu investisiya öhdəliyi, zəngin ənənəvi enerji ehtiyatlarımıza baxmayaraq, ölkəmizin aşağı karbonlu gələcək qurmaq istiqamətində qətiyyətini nümayiş etdirir.

Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan həmçinin təmiz enerjinin inkişafı ərazilərinin təyin olunmasında yeni standartların müəyyənləşdirilməsində də aparıcı rol oynayır. Otuz ilə yaxın işğal altında qalmış və dağıdılmış ərazilərimizdə Yaşıl Enerji Zonası yaradılması dayanıqlı bərpa və regional transformasiya istiqamətində strateji baxışın bariz nümunəsidir.

Çıxışının sonunda Milli Məclisin sədri qeyd edib ki, beynəlxalq ictimaiyyətin məsul üzvü kimi Azərbaycan bərpa olunan enerji gücünü artırmaq, hidroenerji potensialını inkişaf etdirmək və enerji səmərəliliyi tədbirlərini gücləndirmək istiqamətində səylərini davam etdirəcək. Ölkəmiz qlobal iqlim məqsədlərini dəstəkləməyə və inklüziv, təhlükəsiz enerji gələcəyinin qurulması naminə birgə fəaliyyətə sadiq qalır.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Bütün Xəbərlər