Qvadelupun dekolonizasiyası üzrə konfransın yekun bəyanatı qəbul edildi

Qvadelupun dekolonizasiyası üzrə konfransın yekun bəyanatı qəbul edildi
25.06.2025 16:32 Xarici siyasət

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən "Qvadelupun Dekolonizasiyasına Doğru: Problemlər və Perspektivlər" adlı tematik konfransın yekun bəyanatı qəbul edilib.

TodayPress TV xəbər verir ki, Bəyanatda deyilir:

"Biz, 25 iyun 2025-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelupa Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qara dərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatı (FKNG) ilə birgə təşkil olunmuş və digər Qvadelup vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi hərəkatların, elmi ocaqların, habelə beynəlxalq insan hüquqları təşkilatlarının fəal iştirakı ilə keçirilmiş "Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər" adlı Beynəlxalq Konfransın iştirakçıları, BMT Nizamnaməsində və xüsusilə müstəmləkə altında olan ölkələrə və onların xalqlarına müstəqilliyin verilməsi ilə bağlı BMT Baş Assambleyasının 1514 (XV) saylı qətnaməsində əks olunmuş prinsiplərə əsaslanaraq, bütün xalqların siyasi statuslarını sərbəst müəyyənləşdirmək və öz siyasi, iqtisadi, sosial və mədəni inkişaf yollarını müstəqil şəkildə seçmək hüququnun toxunulmazlığına dair ortaq öhdəliyimizi bir daha təsdiqləyirik.

Qvadelup hələ də Fransa Respublikasının tabeliyi altında dənizaşırı departament statusunda saxlanılır və bu status, Qvadelup xalqının öz siyasi gələcəyini azad iradəsinə uyğun olaraq tam şəkildə sərbəst müəyyənləşdirmək hüququnun həyata keçirilməsinə mane olur. Biz Qvadelupun məruz qaldığı müstəmləkə cinayətləri və tarixi ədalətsizlikləri – xüsusilə yerli Kalinago xalqının məhv edilməsini, Afrikalı qulların və müqavilə əsasında işləyən işçilərin istismarını, eləcə də bərabərsizliyi və asılılığı bu gün də davam etdirən inzibati və iqtisadi strukturların mövcudluğunu xatırladır və bu tarixi ədalətsizliklərin aradan qaldırılmasının zəruriliyini vurğulayırıq. Bu faktların mənfi nəticələri bu gün də öz təsirini göstərir.

Biz, departament statusunun müstəmləkəçiliyə son qoymadığını, onu xüsusi institusional formaya çevirdiyini və bu statusun Fransaya Qvadelup əhalisinin razılığı olmadan ölkəni dekolonizasiya siyahısından çıxarmağa imkan verdiyini qəbul edirik. Hələ də öz həllini tapmayan bu müstəmləkə statusunun nəticələri Qvadelupda davamlı işsizlik, gənclərin kütləvi köçü, sosial bərabərsizlik, iqtisadi asılılıq, zorakılığın artması və ətraf mühitin çirkləndirilməsi, xüsusilə də xlordekon böhranının dağıdıcı təsirləri ilə özünü göstərir.

Biz müstəmləkə mirasının aradan qaldırılması üçün inklüziv dialoqun, tarixi həqiqətin tanınmasının, mədəniyyət və dilin dirçəldilməsinin, ədalətli təzminatın, həmçinin institutlar və təhsil sisteminin dekolonizasiyasının zəruriliyini vurğulayırıq.

Konfrans zamanı iştirakçılar müstəmləkəçilik dövrünün tarixi kontekstini və kollektiv yaddaşı müzakirə ediblər: Siyasi və institusional islahatların həyata keçirilməsinin vacibliyi; müstəmləkə istismarına həkk olunmuş dayanaqlı iqtisadi bərabərsizlikləri; mədəni və intellektual azadlığın bərpası; Həmçinin müqavimət və yeniliyin kimlik və dini əsasları;  vətəndaş cəmiyyəti və sosial hərəkatların azadlıq mübarizəsində mərkəzi rolu.

Biz dünyada hələ də müstəmləkə əsarəti altında yaşayan xalqlarla qətiyyətli həmrəyliyimzi bildirir və onların öz talelərini beynəlxalq hüquqa uyğun olaraq sərbəst müəyyən etmək hüququnu dəstəklədiyimizi bir daha təsdiqləyirik. Bu baxımdan, Birləşmiş Millətlər Təşkilatını və aidiyyəti beynəlxalq və regional qurumları Qvadelupun dekolonizasiya prosesini dəstəkləmək, bu xüsusda Qvadelupun BMT-nin özünü idarə etməyən ərazilər siyahısına yenidən daxil edilməsi ilə bağlı konkret tədbirlər görməyə və qətiyyətli şəkildə öz mövqeyini ifadə etməyə çağırırıq.

Biz müstəmləkəçilikdən zərər çəkmiş xalqlar və hərəkatlar arasında dialoq, əməkdaşlıq və fikir mübadiləsinin davam etdirilməsini dəstəkləyirik. Eyni zamanda, Bakı Təşəbbüs Qrupu kimi beynəlxalq platformaların əhəmiyyətini xüsusi vurğulayırıq. Belə platformalar əzilən xalqların səsini dünya ictimaiyyətinə çatdırmaq və qlobal dekolonizasiya gündəminin beynəlxalq platformalara daşınmasında vacib rol oynayır.

Bu bəyanatla biz Qvadelup xalqının suverenliyə sülh yolu ilə, ədalətli və demokratik əsaslarla keçid prosesini dəstəklədiyimizi bildiririk. Qvadelupun gələcəyi yalnız onun xalqına məxsusdur və biz onların haqlı mübarizəsində daim yanlarında olmağa sadiq qalırıq.

Biz bu mühüm konfransın təşkilinə və dekolonizasiya üzrə qlobal məsələlərin irəlilədilməsi üçün göstərdikləri əvəzsiz dəstəyə görə Azərbaycan Respublikasına və Bakı Təşəbbüsü Qrupuna dərin təşəkkürümüzü ifadə edirik."

XƏBƏR LENTİ
16 IYUN 2026
İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 Bütün Xəbərlər