Kyel A. Nordström: “Urbanizasiya dünyanı qucaqlayıb”

Kyel A. Nordström: “Urbanizasiya dünyanı qucaqlayıb”
03.06.2025 14:27 Xarici siyasət

“Urbanizasiya bütün dünyanı öz ağuşuna alıb”.

Dünyaca tanınmış qlobal biznes eksperti, məruzəçi, isveçli iqtisadçı, futuroloq və beynəlxalq bestseller kitabların müəllifi Kyel A. Nordström bunu TodayPress TV-yə danışarkən deyib. 

O, bildirib ki, urbanizasiya hər yerdə davam edir. 

“Azərbaycanda da, Keniyada, Pakistanda da - bu gün hansı ölkəyə getsəniz, insanların şəhərlərə köçdüyünü görərsiniz. Qarşıdakı 15–20 ildə dünya əhalisinin 80 faizi şəhərlərdə yaşayacaq. Maraqlı odur ki, bu nəhəng əhali əsasən 600-650 sayda şəhərdə cəmlənəcək. Bu şəhərlər təkcə iqtisadiyyata deyil, mədəniyyətə və təhsilə də tamamilə hakim olacaq. Onlar həmçinin öz iqtisadi güclərinə görə siyasi proseslərə də təsir göstərəcəklər. Məsələn, bu gün yalnız London şəhəri Birləşmiş Krallığın ümumi iqtisadiyyatının 30–35%-ni təşkil edir. Adanın sadəcə bir guşəsində yerləşən bu şəhər, ölkə üçün strateji əhəmiyyət daşıyır”. 

Gələcəyi proqnozlaşdırmaq kimi unikal bir bacarığı ilə seçilən Nordström əlavə edib ki, bu cür şəhərlərdə yaranan ideyalar təkcə şəhərin deyil, bütün regionun gələcəyini formalaşdırır. 

O, enerji məsələsinə və onun vacibliyinə də toxunub: 

“Biz enerji konfransında iştirak edirik və enerji ehtiyaclarının da məhz şəhərlərdə daha çox cəmlənəcəyini müşahidə edirik. Bu konsentrasiya bir üstünlükdür. Çünki şəhər mühitlərində infrastruktur və qurğular birgə istifadə oluna bilər. Bu, həm də təmiz enerji ehtiyaclarının paylaşılmasını və inkişaf etdirilməsini asanlaşdırır”. 

İqtisadçı sonda vurğulayıb ki, şəhərlərin artan rolu və onların iqtisadi-siyasi gücü qarşıdakı illərdə qlobal balansları formalaşdıracaq. Şəhərlər sadəcə yaşayış məskəni yox, həm də ideyaların, texnologiyanın və siyasətin mərkəzi olacaq.

Töhfə Səməd

XƏBƏR LENTİ
14 AVQUST 2026
Rusiyadan Ermənistana buğda göndərildi 17:48 Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat 17:35 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 17:22 Doku Mareskinin planını bəyəndi: “Bacardığım hər şeyi edəcəyəm!” 17:39 Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur 16:39 Ukrayna Silahlı Qüvvələri Rusiyanın təhdidinə cavab verdi 16:54 KİV: Şimali Koreya Rusiyaya 50 min hərbçi göndərməyə hazırlaşır 16:30 Belqorodda dron ferma maşınına dəydi, bir nəfər yaralandı 16:19 Çimərlikdən dron qalıqları tapıldı – ərazi mühasirəyə alındı 15:53 ABŞ Putinin səs-küylü İturup səfərinə münasibət bildirdi 15:42 Almaniyanın avtomobil sənayesində böhran dərinləşir: 42 min iş yeri itirilib 15:37 Gənc badmintonçular Bakıda bir araya gəldi: böyük mübarizə başladı! 16:33 Moskva Vaşinqtondan izahat istəyir: “Cavab gözləyəcəyik” 15:27 Alvares “Barselona” sözlərindən peşman oldu, amma ayrılmaq istəyindən vaz keçmədi! 16:17 Rusiya Qara dənizdə atəşkəslə razılaşmadı 15:03 İrəvan Avropa çətiri altından İranla əl sıxır - Qərb bu əməkdaşlığa niyə göz yumur? 15:02 Keçmiş UFC döyüşçüsündən Mahaçevə ağır sözlər: “Səviyyə aşağıdır!” 15:56 Batrakov “Qalatasaray”la razılaşdı, transfer üçün son addım qaldı! 15:40 Rumıniyada həyəcan: Ukrayna sərhədinə dron düşdü 14:47 Putin "kitel"ini geyindi - dünyanın gözü yeni savaş cəbhəsinə çevrildi 14:23 Bakıda böyük oyun: “Qarabağ” – “Tvente” matçını norveçlilər idarə edəcək! 15:24 Nunyes üçün İstanbul rəqabətini “Trabzonspor” qazandı! 15:17 DİN kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi 14:12 Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu 12:57 Samuxda "qara yara" həyəcandı: Kəndə xüsusi nəzarət postu qoyuldu 14:55 Bütün Xəbərlər