Kəmaləddin Heydərov BMMT-yə üzv bir sıra ölkələrin aidiyyəti qurumlarının rəhbər şəxsləri ilə görüşdü

Kəmaləddin Heydərov BMMT-yə üzv bir sıra ölkələrin aidiyyəti qurumlarının rəhbər şəxsləri ilə görüşdü
08.07.2025 18:01 Xarici siyasət

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 58-ci sessiyasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Aleksandr Kurenkov, Fələstin Dövləti Mülki Müdafiə İdarəsinin baş direktoru Əkrəm Tavabta, İordaniya Haşimilər Krallığı İrbid Mülki Müdafiə İdarəsinin direktoru Yusif Əhməd Salem Əl-Şakatreh, Küveyt Dövləti Yanğınsöndürmə Xidmətinin rəis müavini Məhəmməd Əli Əl-Qətani, Bəhreyn Krallığının Mülki müdafiə üzrə baş direktoru Əli Məhəmməd Casim Yusuf Əl-Kəbaisi və Səudiyyə Ərəbistanı Krallığının Mülki müdafiə üzrə baş direktoru Humud Süleyman Əlfərac ilə görüşüb.

TodayPress TV xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan nazir K.Heydərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə mülki müdafiə və əhalinin fövqəladə hallardan qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərdən danışıb, Azərbaycan dövlətinin əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə hər zaman xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Nazir fövqəladə halların sərhəd tanımaması və ildən-ilə artan risklər fonunda fəlakətlərə qarşı ölkələrin birgə və əlaqələndirilmiş fəaliyyətlərinin vacib olduğunu qeyd edib. Bu mənada, Beynəlxalq Mülki Müdafiə Təşkilatının dünya ölkələrinin səylərinin birləşdirilməsi baxımından mərkəzi rolu vurğulanıb, ölkəmizdə keçirilən təşkilatın İcraiyyə Şurasının 58-ci sessiyasının faydalı olacağına əminlik ifadə edilib.

Səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürlərini bildirən qonaqlar Bakıda keçirilən BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.

Görüşlərdə uyğun qurumlar arasında əlaqələrin hazırkı vəziyyəti və inkişafı perspektivlərindən danışılıb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunulub. Tərəflər əminlik ifadə ediblər ki, Bakıda keçirilən sessiya, ikitərəfli görüşlər və aparılan müzakirələr istər BMMT çərçivəsində, istərsə də ikitərəfli əsasda ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında əlaqələri yeni müstəviyə çıxaracaq.

Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

FOTOLAR

Kəmaləddin Heydərov BMMT-yə üzv bir sıra ölkələrin aidiyyəti qurumlarının rəhbər şəxsləri ilə görüşdü — 1
Kəmaləddin Heydərov BMMT-yə üzv bir sıra ölkələrin aidiyyəti qurumlarının rəhbər şəxsləri ilə görüşdü — 2
Kəmaləddin Heydərov BMMT-yə üzv bir sıra ölkələrin aidiyyəti qurumlarının rəhbər şəxsləri ilə görüşdü — 3
Kəmaləddin Heydərov BMMT-yə üzv bir sıra ölkələrin aidiyyəti qurumlarının rəhbər şəxsləri ilə görüşdü — 4
Kəmaləddin Heydərov BMMT-yə üzv bir sıra ölkələrin aidiyyəti qurumlarının rəhbər şəxsləri ilə görüşdü — 5
XƏBƏR LENTİ
30 IYUL 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır -VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər