İlham Əliyev: Azərbaycan çoxsaylı tərəfdaşlarla yaxşı münasibətlər qurur

İlham Əliyev: Azərbaycan çoxsaylı tərəfdaşlarla yaxşı münasibətlər qurur
20.01.2026 20:58 Xarici siyasət

Azərbaycan siyasi suverenliyə can atır və eyni zamanda çoxsaylı tərəfdaşlarla yaxşı münasibətlər qurur.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda paneldə deyib.

"Biz siyasi suverenliyə can atırıq və eyni zamanda çoxsaylı tərəfdaşlarla yaxşı münasibətlər qururuq. Baxın: bizim Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq sənədlərimiz, Çinlə hərtərəfli strateji tərəfdaşlıq sazişimiz var, Birləşmiş Ştatlarla strateji tərəfdaşlıq xartiyası isə müzakirə mərhələsindədir", - Prezident qeyd edib.

O, bunların hamısının ölkənin gələcəyi ilə bağlı aydın baxış sayəsində mümkün olduğunu vurğulayıb.

TodayPress TV


"Ölkənin öz gələcəyi ilə bağlı aydın baxışı, gücü, konsolidasiya olunmuş cəmiyyəti varsa və kimin nə deməyindən, siyasətiniz barədə hansı məqalələrin dərc olunmasından asılı olmayaraq doğru olanı etməyə hazırdırsa, bu istiqamətlər bir-birinə zidd deyil", - Azərbaycan Prezidenti bildirib.


Prezident əlavə edib: "Çoxtərəflilik, birtərəfli yanaşmalar və proteksionizm məsələlərinə gəldikdə, görürük ki, bütün bu sistem dağılır. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) dağılır. Yeri gəlmişkən, Azərbaycan ÜTT-yə daxil olmayıb, məhz ona görə ki, biz iqtisadi suverenliyi qorumaq istəyirik, hərçənd ki, bizi 30 il ərzində (təşkilata - red.) dəvət ediblər".

XƏBƏR LENTİ
16 IYUN 2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 Bütün Xəbərlər