Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Hindistanda qeyd edildi

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Hindistanda qeyd edildi
29.12.2025 11:08 Xarici siyasət

Azərbaycanın Hindistandakı Səfirliyində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Səfirliyin əməkdaşları və onların ailə üzvləri, Nyu-Dehlidə yaşayan və paytaxtda səfərdə olan edən həmvətənlərimiz iştirak ediblər.

Çıxış edən Azərbaycanın Hindistandakı səfiri Elçin Hüseynli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə onun uzaqgörən siyasətinin tərkib hissəsi kimi təsis edilmiş bu əlamətdar günün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlıları birləşdirmək və təşkilatlandırmaq, onlarda milli birlik və həmrəylik ruhunu gücləndirmək məqsədi daşıdığını diqqətə çatdırıb. 

Səfir bu bayramın böyük rəmzi məna kəsb etdiyini qeyd edib, yaşadıqları ölkədən asılı olmayaraq bütün soydaşlarımızın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil, suveren və güclü Azərbaycan dövlətinin maraqlarının müdafiəsində, onun qədim tarixi ənənələri və zəngin mədəniyyətinin təbliğində fəal iştirak etməsinin vacibliyini vurğulayıb. 

Tədbirdə, həmçinin, başa çatmaqda olan 2025-ci ilin Azərbaycanda Konstitusiya və Suverenlik İli kimi qeyd edildiyi bildirilib, ölkəmizin keçdiyi inkişaf yolu və şanlı Zəfər tariximizə aparan əsas hadisələr barədə danışılıb.

TodayPress TV

FOTOLAR

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Hindistanda qeyd edildi — 1
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Hindistanda qeyd edildi — 2
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Hindistanda qeyd edildi — 3
XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər