Daha bir ölkə Bakı ilə İrəvan arasında sülh bəyannaməsini alqışladı

Daha bir ölkə Bakı ilə İrəvan arasında sülh bəyannaməsini alqışladı
11.08.2025 02:00 Xarici siyasət

Qvatemala hökuməti ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistanın imzaladığı birgə bəyannaməni alqışlayır.

TodayPress TV xəbər verir ki, bu barədə Mərkəzi Amerika ölkəsinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, Qvatemala bu mühüm addımı Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə nail olmaq səylərində əsas mərhələ kimi qiymətləndirir.

“Bu prosesin iki ölkə arasında münasibətlərin tam normallaşmasına töhfə verəcək yekun sülh sazişinə gətirib çıxarmasına səmimi arzularımızı bildiririk”, - bəyanatda vurğulanır.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekunları üzrə birgə bəyannamə imzalayıblar. Sənəd Bakı və İrəvanın sülh arzusunu vurğulayan yeddi bəndi özündə əks etdirir.

Bəyannamədə qeyd olunur ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və münasibətlərin bərpası haqqında sazişin əvvəllər razılaşdırılmış mətnini paraflayıb, həmçinin kommunikasiyaların bloklanmasına dair memorandum imzalayıblar.

XƏBƏR LENTİ
06 AVQUST 2026
Sibiha Azərbaycana başsağlığı verdi 12:32 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 12:13 Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar 12:04 Regional kanallar çökdü, NHL hərəkətə keçdi! 11:48 Ceyhun Bayramov Ukrayna PUA-larının sərgisi ilə tanış oldu 11:37 Kreml "iynə üstündə oturub" - Azərbaycana "hücum" edəcəklər 11:36 Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət etdi 11:07 "ABŞ hücum etsə, hədəfimizdə olan ölkələr bəllidir" - Tehran hədələdi 10:59 Əhaliyə müjdə: bu ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz – SİYAHI 11:00 Sabiq “Çelsi”li futbol dünyasının görünməyən üzünü açdı! 10:50 Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA - Ölən və xəsarət alanlar var 10:41 Husilər vurdu, gəmilər körfəzin "boğazında qaldı" 10:37 Bakının bu mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır 10:27 FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq” 10:19 Ceksonun hərəkəti futbol azarkeşlərinin rəğbətini qazandı! 10:16 Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi 10:09 Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşıladı 10:01 Zverev üçün tarixi fiasko: Mənfi rekord rəsmiləşdi! 09:57 SON SUTKA: 6 mindən çox dron havaya qalxdı, döyüşlərin sayı 200-ü keçdi 09:54 Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində! 09:47 Bəzi rayonlarda yağış yağdı - FAKTİKİ HAVA 09:45 İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı! 09:32 “Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir 09:26 Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi! 09:24 Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım! 09:13 Bütün Xəbərlər