Ceyhun Bayramov tailandlı həmkarı ilə görüşdü - YENİLƏNDİ

Ceyhun Bayramov tailandlı həmkarı ilə görüşdü - YENİLƏNDİ
20.04.2026 16:04 Xarici siyasət

Xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailand Krallığının xarici işlər naziri Sihasak Puanqketkeo ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə Tailand arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub, əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial yüksək qiymətləndirilib. Siyasi dialoqun inkişafı, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, mədəniyyət və turizm sahələrində əlaqələrin dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.

2025-ci ilin dekabr ayında Azərbaycanın Tailandda Səfirliyinin rəsmi açılışının və iki ölkənin Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ kimi qeyd edilib. Bu addımların Azərbaycan-Tailand əlaqələrinin institusional əsaslarının möhkəmləndirilməsinə və əməkdaşlığın daha da sistemli şəkildə inkişafına töhfə verdiyi vurğulanıb.

Görüşdə çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub. BMT, UNESCAP, AQEM, ASEAN və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, Azərbaycanın sədrliyi və Tailandın ev sahibliyi ilə keçirilən UNESCAP-ın 82-ci sessiyasının məhsuldar nəticələr verəcəyinə dair əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov həmkarına Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi sülh təşəbbüsləri, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən tədbirlər, habelə həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

TodayPress TV

***

12:25

Xarici işlər naziri Ceyhun Bayramov Banqkoka işgüzar səfəri çərçivəsində Tailand Krallığının Baş nazir müavini və xarici işlər naziri Sihasak Phuangketkeou ilə görüş keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında məlumat yayılıb.

Qeyd olunub ki, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə ediblər.

Siyasi dialoq, iqtisadi və ticarət əlaqələri, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensialın olduğu vurğulanıb.

Həmçinin, Azərbaycanın 2025-ci ilin dekabrında Tailandda səfirliyinin açılması və iki ölkənin XİN-ləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi münasibətlərin institusional əsaslarının gücləndirilməsi baxımından mühüm mərhələ kimi qeyd olunub.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası kimi çoxtərəfli platformalarda əməkdaşlığın artırılmasının vacibliyi də diqqətə çatdırılıb.

Ceyhun Bayramov həmkarına Azərbaycanın post-münaqişə dövrü sülh gündəliyi, minatəmizləmə fəaliyyəti və azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib.

Tərəflər, həmçinin regional təhlükəsizlik məsələlərini və Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.

TodayPress TV

FOTOLAR

Ceyhun Bayramov tailandlı həmkarı ilə görüşdü - YENİLƏNDİ — 1
Ceyhun Bayramov tailandlı həmkarı ilə görüşdü - YENİLƏNDİ — 2
Ceyhun Bayramov tailandlı həmkarı ilə görüşdü - YENİLƏNDİ — 3
Ceyhun Bayramov tailandlı həmkarı ilə görüşdü - YENİLƏNDİ — 4
Ceyhun Bayramov tailandlı həmkarı ilə görüşdü - YENİLƏNDİ — 5
Ceyhun Bayramov tailandlı həmkarı ilə görüşdü - YENİLƏNDİ — 6
XƏBƏR LENTİ
31 IYUL 2026
Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 Bütün Xəbərlər