Sahibə Qafarova Qazaxıstanda səfərdədir

Sahibə Qafarova Qazaxıstanda səfərdədir
11.06.2025 20:20 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Şura və 14-cü plenar iclaslarında iştirak etmək üçün iyunun 11-də Qazaxıstanın Astana şəhərinə işgüzar səfərə gəlib.

TodayPress TV xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında spiker Sahibə Qafarovanı Qazaxıstan Parlamenti Məclisinin sədr müavini Albert Rau, Məclisin Beynəlxalq, təhlükəsizlik və müdafiə məsələləri üzrə katibi Aydos Sarım, Məclisin Qanunvericilik və məhkəmə-hüquq islahatları katibi Məhərrəm Məhərrəmov, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin spikeri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarovanın TÜRKPA-nın Şura və plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri və Qazaxıstanın dövlət rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

XƏBƏR LENTİ
15 IYUN 2026
Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Bütün Xəbərlər