Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNDİ

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNDİ
22.04.2026 14:47 Xarici siyasət

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə geniş tərkibdə görüşü keçirilib.

TodayPress TV xəbər verir ki, qonaqları salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Cənab Prezident.

Nümayəndə heyətinin üzvləri.

Əziz qonaqlar.

Bir daha xoş gəlmisiniz. Cənab Prezidentlə müxtəlif məsələlər ətrafında əla müzakirəmiz oldu və işimizi nümayəndə heyətləri ilə birgə davam etdiririk. Bilirəm ki, səfərdən əvvəl çox işlər görülmüşdür, o cümlədən Hökumətlərarası Komissiyanın iclası çox uğurla keçirilmişdir. Həmçinin əminəm ki, bu gün keçiriləcək biznes-forum birgə işin aparılmasına olan qarşılıqlı maraq əsasında yaxşı nəticələr verəcək.

Təbii ki, aramızda çox yaxşı siyasi əlaqələr mövcuddur. Bu gün onlar bir daha təsdiqləndi. Ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və burada Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktiki məsələləri nəzərdən keçirməliyik.

Əlbəttə, biz regionumuzda siyasi hadisələri geniş şəkildə müzakirə etdik və həmin müzakirəni cənab Prezidentlə davam etdirəcəyik. Əminəm ki, nümayəndə heyətlərinin üzvləri də bu vaxtdan istifadə edərək, ikitərəfli tərəfdaşlığımızın ən mühüm məsələlərini müzakirə edəcəklər. Mən dəvətimi qəbul etdiyinə görə cənab Prezidentə olduqca minnətdaram, onu yenidən görməyimə çox şadam. O, əvvəlki vəzifəsində olarkən Bakıda dəfələrlə olub. Mən hər zaman görüşlərimizdən məmnun qalmışam. Sizə bu dəfə də Azərbaycanda xoş səfər arzu edirəm. Bir daha xoş gəlmisiniz.

X X X

Sonra Latviya Prezidenti Edqars Rinkeviçs çıxış edərək dedi:

-Çox sağ olun, cənab Prezident. Dəvətə və çox səmimi qonaqpərvərliyə görə olduqca minnətdaram.

Görüşümüz əsnasında Sizə söylədiyim kimi, Bakıya sonuncu səfərimdən, demək olar ki, 9 il ötür. O, 2017-ci ildə baş tutmuşdu. Şəhəri tanımaq olmur. Düşünürəm ki, bu vaxta qədər şahidi olduğumuz inkişaf böyük təəssürat bağışlayır. Mən Sizi və Azərbaycan xalqını həm siyasi, həm iqtisadi inkişaf, həmçinin uzun çəkən məsələnin həlli münasibətilə təbrik etmək istəyirəm.

Haqlı olaraq qeyd etdiyiniz kimi, təkbətək görüşümüzdə Yaxın Şərqdə və Avropada siyasi hadisələrə, regional təhlükəsizliyə aid bir sıra məsələləri artıq müzakirə etdik. Təsdiqləmək və bir daha vurğulamaq istədiyim məqam odur ki, Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir. Siyasi və iqtisadi əməkdaşlığımızın real dəyərini görürük. Nümayəndə heyətimdən gördüyünüz kimi, hətta ikinci cərgədə də çox təmsilçilərimiz var. Nümayəndə heyətini ixtisar edə bilmirdim, çünki hamı burada olmağa, çox praktiki məsələləri müzakirə etməyə maraq göstərir. Mən, həmçinin Hökumətlərarası Komissiyanın işini alqışlamaq istəyirəm.

TodayPress TV

***

12:40

Azərbaycan və Latviya prezidentləri İlham Əliyev və Edqars Rinkeviçs arasında geniş tərkibdə görüş keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

FOTOLAR

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNDİ — 1
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNDİ — 2
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNDİ — 3
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNDİ — 4
XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər