Əhmədinejad "Mossad"la əlaqələrindən" danışdı

Əhmədinejad "Mossad"la əlaqələrindən" danışdı
14.07.2026 13:09

İranın keçmiş Prezidenti Mahmud Əhmədinejadın ofisi onun İsrail kəşfiyyat agentliyi "Mossad"ın nümayəndələri ilə gizli görüşləri barədə "The New York Times" qəzetində dərc olunmuş məlumatları təkzib edib.

TodayPress TV İran KİV-ə istinadən xəbər verir ki, bəyanatda  nəşrdə ictimaiyyəti çaşdırmaq və İran xalqına qarşı psixoloji müharibə aparmaq məqsədi daşıyan yalan məlumatlar olduğu iddia olunur. 

Keçmiş prezidentin ofisi qeyd edib ki, adətən, onların dediyi kimi, "Hollivud üslubunda" iddialara cavab verməyi zəruri hesab etmir. Lakin ölkədəki mürəkkəb siyasi vəziyyət və potensial təxribatların qarşısını almaq üçün bütün ittihamları rəsmi olaraq təkzib etmək qərarı verilib.

Bəyanatda həmçinin vurğulanıb ki, Mahmud Əhmədinejad gündəlik fəaliyyətini davam etdirir.

Qeyd edək ki,  "The New York Times" qəzeti mənbələrə istinadən Əhmədinejadın İsrail xarici kəşfiyyat agentliyi "Mossad"ın nümayəndələri ilə gizli görüşlər keçirdiyini və İsrailin onun hakimiyyətə qayıtmasını asanlaşdırmaq imkanlarını nəzərdən keçirdiyini bildirmişdi.

Jalə Rövşən 

XƏBƏR LENTİ
20 AVQUST 2026
Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Bütün Xəbərlər