ABŞ-dən növbəti addım - Çin və İran şirkətlərinə sanksiya tətbiq etdi

ABŞ-dən növbəti addım - Çin və İran şirkətlərinə sanksiya tətbiq etdi
11.06.2026 08:46

ABŞ administrasiyası Belarus, Honkonq, Çin və İrandan olan 12 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib və ya mövcud məhdudiyyətləri genişləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada bildirilib.

Məlumata əsasən, ABŞ Maliyyə Nazirliyi iki İran vətəndaşını, dörd Çin vətəndaşını, həmçinin Honkonq və Çin materikində qeydiyyatdan keçmiş bir neçə şirkəti sanksiyalar siyahısına daxil edib.

Bundan əlavə, bir İran və iki Belarus vətəndaşına, eləcə də İranda fəaliyyət göstərən bir şirkətə qarşı tətbiq olunan mövcud sanksiyalar genişləndirilib.

Vaşinqtonun iddiasına görə, daşınabilən hava hücumundan müdafiə sistemləri (MANPADS) Çindən İrana ötürülüb və bu prosesdə Belarus şirkətlərindən biri vasitəçi rolunu oynayıb. ABŞ rəsmiləri bildirirlər ki, sözügedən avadanlıqların son istifadəçisi İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) olub.

ABŞ administrasiyası qeyd edib ki, yeni sanksiyalar İranın hərbi imkanlarını məhdudlaşdırmağa yönəlmiş “maksimum təzyiq” siyasətinin tərkib hissəsidir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Bütün Xəbərlər