Prezident “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış oldu - YENİLƏNDi

Prezident “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış oldu - YENİLƏNDi
13.01.2026 16:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub.

TodayPress TV xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azerbaijan International Mining Company Limited” şirkətinin prezidenti və baş icraçı direktoru Rza Vəziri dövlətimizin başçısına kompleks barədə məlumat verdilər.

Bildirildi ki, kompleksə mis flotasiya zavodu, nəm tullantı anbarı, elektrik yarımstansiyası və digər tikililər daxildir. Mədən və istehsalat üzrə ümumi sahəsi 929 hektar olan kompleks Türkiyə və Almaniya texnologiyası əsasında yenidən qurulub. Yenidənqurma və bərpa işlərinə 15,3 milyon manat özəl investisiya yatırılıb.

“Dəmirli” Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağ-mədən sənayesi üzrə işə başlayan ilk layihədir. Mis flotasiya zavodunda “Dəmirli” mədənindən çıxarılan filiz emal ediləcək və son məhsul - mis konsentratı istehsal olunacaq. Mis flotasiya zavodunun illik istehsal gücü 5,6 milyon ton filiz emalıdır.

1993-cü ildən Ermənistanın işğalı altında olan “Dəmirli” mis yatağı 2013-cü il mayın 13-dən etibarən təqribən 10 il ərzində qeyri-qanuni istismara məruz qalıb. O dövr üçün məlum olan 311 min ton çıxarılabilən mis ehtiyatının 218 min tonu, yəni 70 faizi qanunsuz şəkildə hasil edilib.

Hazırda qalıq ehtiyatların ilkin istismar dövrü 2025–2030-cu illəri əhatə edir. Bu müddətdə Çin Xalq Respublikasına 1,6 milyard manat dəyərində konsentrat şəklində 85 min ton mis metalının ixracı nəzərdə tutulur. Bununla belə, qarşıdakı illərdə mədənin mis ehtiyatlarının artırılması proqnozlaşdırılır. İlkin geoloji kəşfiyyat məlumatlarına əsasən, burada 470 min tona yaxın əlavə mis ehtiyatı mövcuddur. Aparılacaq 4 illik geoloji kəşfiyyat və tədqiqat proqramı nəticəsində bu ehtiyatların çıxarıla bilən həcmi dəqiqləşdiriləcək.

Kompleksdə ilkin mərhələdə 980 nəfər daimi işlə təmin olunub. Onlardan 260 nəfəri keçmiş məcburi köçkün, o cümlədən işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlardır. Növbəti illərdə əksəriyyəti yerli icmaları təmsil edən vətəndaşlar üçün daimi iş yerlərinin sayının 1250-yə çatdırılması planlaşdırılır.

Mədəndə hasilat Azərbaycan ərazisində bir sıra filiz yataqlarının kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında “AzerGold” QSC ilə ABŞ-ın “R.V. Investment Group Services” şirkəti arasında 2024-cü ildə bağlanmış saziş üzrə əməliyyat şirkəti “Azerbaijan International Mining Company Limited” tərəfindən aparılır.

Prezident İlham Əliyev tərəfindən 2024-cü ildə təsdiq edilmiş Qanuna əsasən hasilatın pay bölgüsü haqqında saziş üzrə dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə həvalə edilib.

Layihə çərçivəsində ətraf mühitin mühafizəsi üzrə kompleks tədbirlər həyata keçirilib. İlkin vəziyyətin qiymətləndirilməsi və ekoloji monitorinqlər aparılıb, nəticələr əsasında Ətraf və Sosial Mühitə Təsirin Qiymətləndirilməsi sənədi hazırlanıb. Layihə müddətində toz və səs emissiyalarının azaldılması, torpaq və su resurslarının qorunması məqsədilə müvafiq monitorinq, laborator analizlər, yaşıllaşdırma işləri və suyun təkrar dövriyyə sistemləri tətbiq olunur. Həmçinin fəaliyyət dayandırıldıqdan sonra ərazilərin texniki və bioloji rekultivasiyası təmin ediləcək.

Bu layihənin icrası Azərbaycanda qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması, ölkəmizin ixrac qabiliyyətinin artması, işğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların səmərəli və qanuni istifadəsinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, özəl investisiyaların cəlbi regionda sənaye və dağ-mədən sahəsinin müasirləşdirilməsinə və şaxələndirilməsinə, iqtisadi fəallığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına da mühüm töhfə verir. İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın dəstəklənməsi istiqamətində Azərbaycan dövləti tərəfindən çox vacib qərarlar qəbul olunub. Həmin ərazilərimizdə dayanıqlı məskunlaşmanın, özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların cəlbi və əlverişli biznes mühitinin formalaşdırılması əsas strateji hədəflərindən biri kimi müəyyənləşdirilib. Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, həmçinin bu ərazilərdə rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV və gömrük rüsumundan azaddır.

Prezident İlham Əliyev süxurların partladılması üçün rəmzi düyməni basdı.

TodayPress TV

***

15:37

Prezident İlham Əliyev Ağdərənin Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub.

TodayPress TV


FOTOLAR

Prezident “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış oldu - YENİLƏNDi — 1
Prezident “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış oldu - YENİLƏNDi — 2
Prezident “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış oldu - YENİLƏNDi — 3
Prezident “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış oldu - YENİLƏNDi — 4
Prezident “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış oldu - YENİLƏNDi — 5
Prezident “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış oldu - YENİLƏNDi — 6
Prezident “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış oldu - YENİLƏNDi — 7
Prezident “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış oldu - YENİLƏNDi — 8
Prezident “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış oldu - YENİLƏNDi — 9
XƏBƏR LENTİ
31 IYUL 2026
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Bütün Xəbərlər