Parlament AQUPDK-nin hesabatını qəbul etdi

Parlament AQUPDK-nin hesabatını qəbul etdi
26.05.2026 13:49

Milli Məclis Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatını qəbul edib.

TodayPress TV xəbər verir ki, hesabatı komitə sədri Bahar Muradova parlamentin bugünkü plenar iclasında təqdim edib.

Hesabatda qeyd edilib ki, Daxili İşlər Nazirliyinin həyata keçirdiyi qabaqlayıcı tədbirlərlə keçən il üçün 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Hesabata əsasən, 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb.

Həmçinin 15 qızqaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs haqda müvafiq məsuliyyət tədbirləri görülüb.

Bununla yanaşı, 14 iqtisadi rayon üzrə 2025-ci ilin 1 iyul tarixinədək (yarım il ərzində) nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzrlü səbəblər müəyyən edildikdən sonra 97 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib.

2024-cü ildə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzrlü səbəblər müəyyən edildikdən sonra 185 (2023-cü ildə 249) yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib.

Ümumilikdə 2025-ci ildə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətindən 29 746 nəfər faydalanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə keçən il ərzində məişət zorakılığının qarşısının alınması ilə bağlı 558 müraciət daxil olub.

Müraciət əsasında zorakılığa məruz qalanların 83-ü kişi, 539-u qadın, 515-i uşaq, zorakılıq törədənlərin isə 549-u kişi, onlardan 228 ər, 108 keçmiş ər, 27-si qeyri-rəsmi münasibətlərdə olduğu şəxs olub.

Müqayisə üçün bildirək ki, 2024-cü ildə Dövlət Komitəsinə məişət zorakılığının qarşısının alınması ilə bağlı 594 müraciət daxil olub, zorakılıq törədənlərin isə 555-i kişi, 252-si qadın olub.

Sənəddə qeyd edilib ki, 2025-ci ildə aliment ödəməkdən yayınan 4 299 (2024-cü ildə 4131) borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Hesabata əsasən, onlardan 3083 (2024-cü ildə 2987) protokol üzrə məhkəmələr tərəfindən müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunmuş, 2344 (2024-cü ildə 2318) nəfər inzibati qaydada həbs olunub.

Bundan başqa, keçən il cinayət məsuliyyətinə cəlb etmə haqqında 286 (2024-cü ildə 174) təqdimat verilib, onlardan 235 (2024-cü ildə 164) təqdimat əsasında cinayət işi başlanılıb, 3 (2024-cü ildə 3) təqdimat üzrə cinayət işinin başlanması rədd edilib, 48 (2024-cü ildə 7) təqdimat növbəti hesabat dövrünə qalıq keçib.

2025-ci il ərzində məhkəmələrdə ailə mübahisələri ilə bağlı mülki işlərin sayı isə 46 219 olub.

Hesabatda o da vurğulanıb ki, Azərbaycanda qohum nikahları qadağan olunana - 2025-ci ilin iyulun 1-ə qədər 1412 fakt qeydə alınıb.

Bu rəqəm 2024-cü ildə 2058 fakt olub.

Keçən il üçün qohum nikahı ən çox Bakıda (360) qeydə alınıb.

Bundan başqa, 2025-ci il üzrə ölkədə 48 546 nikaha daxilolma, 20 675 boşanma halları qeydə alınıb. 2024-cü illə müqayisədə 2025-ci ildə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb. Həmçinin 2022-2025-ci illərdə ildən-ilə nikahların sayı azalıb. 2023-2025-ci illərdə boşanmaların sayında ildən-ilə azalma müşahidə olunur.

Eyni zamanda Azərbaycanın 14 iqtisadi rayonu üzrə 2025-ci ildə rəsmi qeydə alınmış ən çox boşanma halları Qarabağ (1590), Abşeron-Xızı (1504), Mərkəzi Aran (1442), Gəncə-Daşkəsən (1374) iqtisadi rayonları üzrə qeydə alınıb.

Ən az boşanma halları Dağlıq Şirvan (577), Şərqi Zəngəzur (711) iqtisadi rayonlarında qeydə alınıb.

Xatırladaq ki, "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunun 20-ci maddəsinə uyğun olaraq, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı öz fəaliyyəti haqqında Milli Məclisə illik məlumat təqdim edir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul olunub.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 Bütün Xəbərlər