Din Xadimlərinin II Forumunun iştirakçıları Prezidentə müraciət ünvanladılar

Din Xadimlərinin II Forumunun iştirakçıları Prezidentə müraciət ünvanladılar
24.12.2025 16:45

Azərbaycan Din Xadimlərinin II Forumunun iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. 

TodayPress TV xəbər verir ki, müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident,

Biz - Azərbaycandakı müxtəlif dini konfessiyaları təmsil edən din xadimləri Zati-alinizə dərin ehtiramımızı çatdırır, göstərdiyiniz diqqət, qayğı və dəstəyə görə minnətdarlığımızı bildiririk.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət-din münasibətləri modeli Sizin müdrik siyasi iradənizlə zamanın çağırışlarına uyğun şəkildə daha da gücləndirilmiş, ölkəmizdə bütün dinlərin nümayəndələrinin qanunla təsbit olunmuş etiqad azadlığından sərbəst istifadə etməsi üçün şərait yaradılmışdır. Bu siyasət nəticəsində dini icmalar öz fəaliyyətlərini azad və şəffaf şəkildə həyata keçirir, sıx əməkdaşlıq edirlər. Dövlət tərəfindən dini abidələrin qorunması, bərpası və yenilərinin inşası, din xadimlərinin sosial təminatı, dini təhsil və maarifləndirmə sahəsində həyata keçirilən kompleks tədbirlər milli-mənəvi dəyərlərimizin yaşadılmasına, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinə xidmət edir. Zati-alinizin rəhbərliyi altında görülən işlər dini icmaların fəaliyyətini dəstəkləməklə yanaşı, xalqımızın mənəvi həyatını zənginləşdirir, tarixi-mədəni irsin qorunmasına, yüksək əxlaqi və vətənpərvər keyfiyyətlərin təşviqinə dəyərli töhfələr verir.

Müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər, xüsusilə Müzəffər Ali Baş Komandan kimi Sizin müdrik rəhbərliyinizlə qazandığımız və bu il 5 illiyini qeyd etdiyimiz Vətən müharibəsi Zəfəri tarixə xalqımızın iradəsinin və birliyinin təcəssümü kimi qızıl hərflərlə yazılmışdır. Müharibənin bitməsindən dərhal sonra sülh çağırışı etməklə Siz xalqımızın yüksək mənəvi keyfiyyətlərini, humanist və ədalətsevər ruhunu bir daha parlaq şəkildə nümayiş etdirdiniz. Növbəti dəfə sübut etdiniz ki, Azərbaycan bu qələbəni regionda davamlı sülhün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təmin olunması üçün fürsət kimi qiymətləndirir.

İşğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq və yenidənqurma işləri dövlətimizin güclü iradəsinin, Sizin uzaqgörən siyasətinizin qürurverici nəticələridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda, eləcə də ölkə sərhədlərindən kənarda tarixi, mədəni və dini abidələrin bərpası, yenidən qurulması istiqamətində həyata keçirdiyi layihələr bütün dünyada ümumbəşəri mədəni irsin qorunmasına yönəlmiş nümunəvi təşəbbüslər kimi qiymətləndirilir. Bu layihələr həm də müxtəlif dini konfessiyaların, mədəniyyətlərin və xalqların tarixi irsinə dövlətimiz tərəfindən eyni dərəcədə hörmət və qayğı ilə yanaşıldığını göstərir, sivilizasiyalararası həmrəyliyin möhkəmlənməsinə, mədəniyyətlərarası dialoqun inkişafına xidmət edir.

Qlobal miqyasda dini və etnik gərginliklərin sürətlə artdığı, münaqişə və qarşıdurmaların beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaratmaqda davam etdiyi müasir dövrdə Azərbaycanın unikal tolerantlıq və multikulturalizm təcrübəsinin əhəmiyyəti daha da aktuallaşır. Dünyanın bir çox ölkəsində islamofobiya, ksenofobiya, antisemitizm, irqi ayrı-seçkilik və dini-mədəni ziddiyyətlərin dərinləşdiyi, cəmiyyətlərdə qütbləşmə, qarşıdurma və etimadsızlıq hallarının müşahidə olunduğu məyusedici mənzərənin fonunda ölkəmizdə bütün dini, etnik icmalara hörmət və diqqətlə yanaşılması, müxtəlif mədəniyyətlərin, dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dialoqun təşviq edilməsi sahib olduğumuz dövlət-din münasibətləri modelinin nə qədər uğurlu olmasının parlaq təzahürləridir. Heç şübhəsiz, Azərbaycan modeli regional və qlobal sülhün, humanizmin və sivilizasiyalararası dialoqun möhkəmlənməsini istəyən beynəlxalq ictimaiyyət üçün də misilsiz nümunədir.

Möhtərəm cənab Prezident!

Zati-aliniz əmin ola bilər ki, biz - Azərbaycanın din xadimləri ölkəmizdə milli-mənəvi həmrəyliyin daha da möhkəmləndirilməsi və mənəvi-əxlaqi dəyərlərimizin təbliği istiqamətində yürütdüyünüz siyasətə bundan sonra da dəstək verəcək, yalnız dualarımızla deyil, həm də praktik fəaliyyətimizlə hər zaman yanınızda olacaq, doğma Vətənimizin tərəqqisi üçün səylərimizi daha da artıracağıq.

Fürsətdən istifadə edərək Zati-alinizi doğum gününüz, Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərin 5-ci ildönümü, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, möhkəm cansağlığı və dövlətimizin daha da qüdrətlənməsi, xalqımızn rifahı naminə gördüyünüz müqəddəs işlərdə yeni müvəffəqiyyətlər diləyirik.

Tanrı Azərbaycanımızı qorusun və onun şanlı bayrağını daim yüksəklərdə dalğalandırsın!

Uca Yaradan Zati-alinizin rəhbərliyi altında dövlətimizə daim uğurlar nəsib etsin!

Amin!”

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Bütün Xəbərlər