Bakıda mühüm sənəd qəbul edildi

Bakıda mühüm sənəd qəbul edildi
18.06.2026 21:20

"Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər" mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin yekununda Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib.

TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, Bəyannamədə süni intellekt texnologiyalarının hazırlanması və tətbiqi zamanı insan hüquq və azadlıqlarının, eləcə də insan ləyaqətinin qorunmasının əsas prioritet olduğu vurğulanıb.

Sənəddə üzv dövlətlərə insan hüquqlarına əsaslanan, təhlükəsiz, şəffaf və hesabatlı süni intellekt idarəetmə mexanizmlərinin inkişafı, məlumatların qorunması, alqoritmik qərəzliliyin qarşısının alınması və səmərəli hüquqi nəzarətin təmin edilməsi tövsiyə olunur.

Həmçinin süni intellekt sistemlərinin bütün mərhələlərində insan hüquqlarına təsirin qiymətləndirilməsi, qərarların qəbulunda insan nəzarətinin saxlanılması, şəxsi məlumatların qorunması və kibertəhlükəsizliyin gücləndirilməsi vacib hesab edilir.

Bəyannamədə alqoritmik ayrı-seçkiliyə qarşı müstəqil monitorinq və audit mexanizmlərinin inkişafı, həssas qrupların müdafiəsinin gücləndirilməsi, rəqəmsal savadlılığın artırılması, dezinformasiya və nifrət nitqi ilə mübarizənin gücləndirilməsi də əksini tapıb.

Sənəddə, həmçinin ombudsman institutları və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsi, özəl sektorun insan hüquqlarına hörmətlə yanaşmasının təmin edilməsi çağırışı da yer alır.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova 21:40 DÇ-2026: Çexiya və CAR növbəti mərhələyə çıxmaq şanslarını qorudular 22:03 Küveyt müharibədən əvvəlki səviyyəyə qayıdır - qlobal bazara 2 milyon barrel neft... 22:00 Xameneidən diqqətçəkən etiraf: Memoranduma tərəddüdlə razılıq verdim 21:53 Cəlilabadda faciə: Elektriki “tok” vurub öldürdü 21:09 Neymar həmin matçda oynamayacaq 20:57 Politoloqdan xəbərdarlıq: Tehran regionda sərt reaksiyalarını davam etdirəcək 21:27 Trampın Tehrana qarşı böyük blokadası BİTDİ! - "ABŞ İran gəmilərinə mane olmur" 21:21 Bakıda mühüm sənəd qəbul edildi 20:36 Tramp İrana 300 milyard dollar verəndir? - Təkzib etdi, özü də necə... 21:17 “Yalnız bir cavab alırdıq: “Gedin razılaşın” - İlham Əliyev 21:05 Pezeşkian Qətər Əmirinə təşəkkür etdi 20:23 Azərbaycan–Ermənistan normallaşması Riqada gündəm oldu 20:51 Daha 8 məşhurun narkotik test nəticələri müsbət çıxdı 20:12 Bir "zamok"a görə FHN səfərbər oldu - Bakıda qeyri-adi olay - VİDEO 20:38 Netanyahudan qəti qərar: İsrail ordusu Cənubi Livandan çıxmayacaq - səbəbini açıqladı 20:27 Bakıdan İslamabada təşəkkür: Danışıqlardakı rol yüksək dəyərləndirildi 20:28 Azərbaycan və Latviya arasında strateji dialoqun növbəti iclası keçirildi 20:05 Vens İsveçrəyə nə vaxt gedəcəyini AÇIQLADI 20:15 Uşakov: Türkiyə Ukrayna üzrə danışıqlar üçün platforma təmin etməyə hazırdır 20:00 Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi 19:59 ABŞ və İranın sülh sazişi neft qiymətlərini aşağı saldı 19:36 London Ukraynanı müsadirə olunmuş Rusiya aktivləri ilə silahlandırır 19:20 Ceyhun Bayramov Marius-Qabriel Lazurka ilə görüşdü 19:16 Prezident: Bu gün sülh artıq reallıqdır 19:08 Bütün Xəbərlər