Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
29.06.2026 20:01

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyunun 29-da Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasında bildirib.

O, Milli Məlumat Hövzəsinin yaradılması barədə məlumat verib, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlərin davam etdirildiyini vurğulayıb.

"Mygov" platformasının xidmət dairəsinin genişləndirildiyi, son üç ayda istifadəçilərin sayının 2,7 milyondan 3,5 milyona çatdığını deyən nazir artıq bir neçə tətbiqin platformaya inteqrasiya olunduğunu, daha yeddi dövlət tətbiqinin xidmətlərinin isə ilin sonunadək vətəndaşların istifadəsinə veriləcəyini bildirib.

Nazir fəaliyyət planının əsas prioritetlərindən birinin süni intellekt olduğunu vurğulayaraq, "mygov" və digər dövlət qurumlarında süni intellekt həllərinin tətbiqinin genişləndirildiyini, virtual vətəndaş köməkçisinin istifadəyə verildiyini deyib.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Paşinyan "erməni soyqırımı"nı ələ saldı: "İmtina edilməlidir" 21:12 "Türk Dünyası Həftəsi"nin ilk gününün icmal videosu yayıldı 21:07 İsraildən XƏBƏRDARLIQ: İran raket zərbəsi endirərsə... 20:47 Tokayev Kobaxidzeni I dərəcəli "Dostık" ordeni ilə təltif etdi 20:49 Paşinyan Putinlə görüşün tarixini açıqlamadı 20:44 Sultanın qarşısına eynəkdə çıxdı - “Həyat yoldaşı şillə vurub” 20:31 Hörmüzü minalardan birgə təmizləyəcəklər 20:05 Hindistan və Səudiyyə Ərəbistanı memorandum imzaladı 20:03 Bu qanun layihəsi Azərbaycan parlamentində dəstəkləndi 20:16 Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başladı 20:14 Hörmüzdə keçid üçün rüsumların tətbiqinə qarşıdırlar 19:57 Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb 20:01 Müasir qanunvericilik bazası üçün kompleks islahatlar hazırlanır 19:59 Faciəvi şəkildə ölən Vəli bu məşhurun qardaşı imiş 19:55 Ukrayna Rusiyaya məxsus strateji obyektləri vurdu 19:48 Emin Əmrullayev: Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur 19:42 Azərbaycan rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun liderlərindən biri olmalıdır - Mehriban əliyeva 19:35 Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi 19:28 Rövşən Nəcəfin qohumu olduğunu deyib SOCAR-a aid torpağı satmaq istədi 19:22 Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzaladı 19:26 Tokayev: Qazaxıstan BTC ilə neftin nəqlini artıracaq 19:41 Dərs və məşğələ zamanı telefondan istifadə qadağan edildi 19:39 ABŞ-də 5,5 maqnitudalı zəlzələ baş verdi 19:31 Sevgi ağrısı nədir? Psixosomatika bu hissi necə izah edir? 15:50 FN F2000: Bullpup dizaynın innovativ nümunəsi 18:02 Bütün Xəbərlər