Tədqiqatçı: “ Fransadan sümüklərin qaytarılması tələb olunur”

Tədqiqatçı: “ Fransadan sümüklərin qaytarılması tələb olunur”
03.06.2025 11:53

“Psixoloji yanaşma baxımından dostlarımızla addımlamaq çətindir. Çünki əlcəzairlilərin şüuraltısına, xüsusilə bu regionda və ümumən ölkə miqyasında hücum olunub”.

TodayPress TV xəbər verir ki, bunu Əlcəzair Universitetində politologiya sahəsində elmi tədqiqatçı olan Hichem Daoud “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” adlı beynəlxalq elmi konfransda deyib.

O, bu hücumun birbaşa aşağılanma kompleksi üzərində qurulduğunu bildirib: 

“Başqa sözlə desək, insanlar güc balansı qarşısında aciz olduqlarına inandırılıb. Nüvə texnologiyasına sahib olmaq imkanı belə əlindən alınmış bir toplum düşünün. Şarl de Qoll bu məsələdə Fransa dövlətinin müharibə cinayətlərinə görə üzr istəməsi üçün bir neçə dəfə çağırış etmişdi. 2017-ci ildə isə prezident Emmanuel Makron bu məsələ ilə bağlı müəyyən bir tanıma ifadə etdi, amma bu, müharibə cinayətlərinin deyil, onun sözləri ilə desək, “ordu tərəfindən buraxılmış səhvlərin” etirafı idi. Lakin bir neçə il sonra Fransa dövləti bu bəyanatdan geri çəkildi və Əlcəzairlə bağlı konkret heç bir addım atmadı”.

Tədqiqatçı muzeydə saxlanılan sümüklər və kəllələrdən danışıb:

“Burada başqa bir həssas məsələ də var: Paris Katakomb muzeyində saxlanılan Əlcəzair şəhidlərinin sümükləri və kəllələri. Bu məsələni araşdırmaq üçün 2022-ci ildə birgə komissiya yaradılıb. Əlcəzair tərəfindən bu komissiyada Əlcəzair Milli Arxivinin rəhbəri Əbdülməcidd Şeyxi, Fransa tərəfindən isə tanınmış tarixçi Benjamin Skora təmsil olunur. Komissiyanın məqsədi Fransada saxlanılan Əlcəzair şəhidlərinin qalıqlarının ölkəyə qaytarılması ilə bağlı hər iki tərəf üçün hesabat hazırlamaq idi. Bu sümüklər, bu kəllələr sadə insanların deyil, azadlıq uğrunda mübarizə aparmış şəhidlərin qalıqlarıdır. Əlcəzair bu şəhidlərin torpağa əmanət olunması və onlara layiqli hörmət göstərilməsi üçün onların geri qaytarılmasını tələb edir. Təəssüf ki, Əlcəzair və Fransa arasında yaşanan diplomatik böhran səbəbindən bu komissiyanın fəaliyyəti hazırda dondurulub”.

Hichem Daoud, həmçinin Yeni Kaledoniyadan bəhs edib:

“Yeni Kaledoniya məsələsi bu gün almanların da diqqətini cəlb edir. Çünki orada Əlcəzairdən köç etmiş ailələrin nəslindən olan insanlar yaşayır. Onlar artıq Yeni Kaledoniya cəmiyyətinin bir hissəsidir”.

O vurğulayıb ki, həm əlcəzairlilər, həm də kanaklar dekolonizasiya və müstəqillik arzusu ilə yaşayır:

“Əlcəzair xalqı bu müstəqilliyi Fransa ilə aparılan azadlıq müharibəsi nəticəsində əldə edib. Bu gün Kanaki xalqı isə hələ də fransız hökmranlığından azad olmaq uğrunda mübarizə aparır”.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUN 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Bütün Xəbərlər