Şərqi Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq qurulacaq

Şərqi Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq qurulacaq
13.08.2025 16:40

Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel Şərqi Qazaxıstan vilayətinə işgüzar səfərlə gəlib. Diplomat regionun Akimi Nurımbet Saktaqanovla görüş keçirib.

Bu barədə TodayPress TV-yə Qazaxıstan səfirliyindən məlumat verilib.

Alim Bayel qeyd edib ki, Altay türklərin vətənidir və Azərbaycan turistləri üçün böyük potensial cazibəyə malikdir. Bundan əlavə, Şərqi Qazaxıstan vilayəti qarşılıqlı ticarətin, sənaye kooperasiyası və kənd təsərrüfatının inkişafı baxımından Azərbaycan üçün maraq kəsb edir. Onun sözlərinə görə, bu il Qazaxıstan Azərbaycanın əsas buğda tədarükçüsü olub və Azərbaycan taxıl idxalının 85 faizini təmin edib.

Diplomat, eyni qaydada Şərqi Qazaxıstanın məşhur olduğu günəbaxan yağının da qardaş ölkəyə ixracının təşkilini təklif edib.

A. Bayel günəbaxanın emalı ilə bağlı ortaq müəssisə yaradılması təşəbbüsünü irəli sürüb. Səfir həmçinin bildirib ki, bir sıra şərqi qazaxıstanlı sahibkarlar yaxın vaxtlarda Azərbaycan supermarket şəbəkələrinə bal tədarükünə başlayacaqlar.

Regionun Akimi Nurımbet Saktaqanovun sözlərinə görə, Şərqi Qazaxıstan vilayəti ilə Azərbaycanın bu istiqamətlərdə birgə layihələr üçün perspektivləri mövcuddur. Şərqi Qazaxıstan sahibkarlarının Azərbaycan bazarına təklif edəcəyi məhsullar var.

Coğrafi yaxınlıq, ölkələrimiz arasındakı mədəni əlaqələr və Şərqi Qazaxıstanın turizm imkanlarının müxtəlifliyini nəzərə alaraq, region Azərbaycan turistləri üçün müalicəvi–sağlamlıq istirahəti təklif etməyə hazırdır. Vilayət rəhbəri həmçinin regionun dağ-mədən sənayesində böyük potensiala malik olduğuna diqqət çəkib.

Tərəflər konkret layihələrin həyata keçirilməsi üzərində işləmək barədə razılığa gəliblər.

XƏBƏR LENTİ
16 IYUN 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Bütün Xəbərlər